AZE | RUS | ENG |

Nur-Sultanda Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək

Nur-Sultanda Suriya böhranı ilə bağlı növbəti görüş keçiriləcək
Aprelin 25-26-da Nur-Sultanda Astana prosesi çərçivəsində Suriya mövzusu üzrə 12-ci yüksək səviyyəli beynəlxalq görüşü keçiriləcək.
 
AZƏRTAC xəbər verir ki, ikigünlük görüş zamanı tərəflər bundan əvvəlki Astana görüşünün nəticələrini və gələcək planları müzakirə edəcəklər.
 
Qarşıdakı görüşdə Suriya hökumət və müxalif silahlı qrupların, İran, Rusiya və Türkiyə qarant ölkələrin nümayəndə heyətləri və müşahidəçi qismində BMT və İordaniyada iştirak edəcək.
 
Danışıqların növbəti mərhələsi Suriya istiqamətində xüsusilə də İdlib vilayətində və Suriyanın şimal-şərqində mövcud vəziyyəti, münaqişənin tərəfləri arasındakı inamın daha da gücləndirilməsi üçün tədbirlər daxil olmaqla, ən vacib məsələləri müzakirə etməyə həsr olunacaq.
 
Aprelin 25-də Astana prosesi qarant ölkələrin ikitərəfli və üçtərəfli danışıqları, habelə müşahidəçi ölkələrin nümayəndələri ilə görüşlər, aprelin 26-da plenar iclas keçiriləcək.




Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991