• cümə, 26 Aprel, 04:57
  • Baku Bakı 16°C

Nümunəvi yol polisləri təltif olunub

15.07.15 19:14 1409
Nümunəvi yol polisləri təltif olunub
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Bakı şəhər Dövlət Yol Polisi İdarəsi, “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi və “Digesta” hüquq firması “Yol polisi-sürücü münasibətləri” mövzusunda tədbir keçirib. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə yol polisi-sürücü münasibətlərinə həsr olunmuş layihə çərçivəsində baş tutan tədbirdə çıxış edən “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, Avtosfer.az saytının baş redaktoru Elməddin Muradlı bildirib ki, layihə 4 ay ərzində həyata keçirilib. Layihənin əsas məqsədi ölkəmizdə yol hərəkəti mədəniyyətinin yüksəldilməsi, yol hərəkəti iştirakçıları arasında nizam-intizamın gücləndirilməsi naminə Dövlət Yol Polisi əməkdaşları ilə sürücülər və digər hərəkət iştirakçıları arasında qarşılıqlı inam və etimadın daha da gücləndirilməsidir.
Tədbirdə birinci Avropa Oyunlarında yol hərəkəti təhlükəsizliyi ilə bağlı nümunəvi xidmət göstərmiş Bakı şəhər DYP-nin 19 əməkdaşı, 1 taqımı, habelə Bakının rayon Dövlət Yol Polisi şöbələrinin 11 əməkdaşı “Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi, Avtosfer.az saytı və “Digesta” hüquq firmasının təsis etdiyi diplomlarla və müxtəlif şirkətlərin hədiyyələri ilə təltif olunublar.
Tədbirdə Birinci Avropa Oyunları zamanı xidmətlərinə görə fərqlənən yol polisi əməkdaşlarına diplomlar verilib. Deputat Aqil Abbas yol polislərini təbrik edərək onlara çətin və şərəfli işində uğurlar arzulayıb. Millət vəkili Fazil Mustafa da qeyd edib ki, Avropa Oyunları müddətində yol polisinin göstərdiyi xidmət təqdirəlayiqdir. DYP əməkdaşlarına dəstəyini ifadə edən millət vəkili Fərəc Quliyev bildirib ki, dövlət qulluqçusuna, polisə qarşı neqativ hallara yol verən şəxslər ciddi şəkildə cəzalandırılmalıdır.
Layihənin məqsədindən söz açan E.Muradlı yol hərəkəti təhlükəsizliyinin müasir səviyyədə təmin olunmasında DYP əməkdaşlarının səmərəli fəaliyyətinin nəticəsi olduğunu qeyd edərək, ali məqsədin yollarımızı daha təhlükəsiz etmək, cəmiyyətin fasiləsiz və rahat nəqliyyata olan ehtiyacının ödənilməsinə şərait yaratmaq olduğunu qeyd edib: "Layihə çərçivəsində ölkəmizin dörd regionunda - Mingəçevir, Lənkəran, Yevlax və Xaçmazda, habelə paytaxt Bakıda DYP əməkdaşları ilə birgə görüşlərin və fikir mübadiləsinin həyata keçirilməsi nəzərdə tutulur. Belə görüşlərdə əsas məqsədimiz Dövlət Yol Polisi - sürücü münasibətlərinin daha da yaxşılaşdırılmasına xidmət edəcək ideyaları aşkara çıxarmaq, daha sonra həmin ideyaları həyata keçirməkdir”.
Təşkilat sədri bildirib ki, DYP əməkdaşları ilə görüşlərin təşkili ilə bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubova edilən müraciətə müsbət cavab verilib və görüşlərə start verilib. Bundan əlavə, Avropa Oyunları ərəfəsində Azərbaycanca-ingiliscə lüğət hazırlanaraq DYP əməkdaşlarına pulsuz paylanılıb.
banner

Oxşar Xəbərlər