• cümə axşamı, 25 aprel, 15:28
  • Baku Bakı 23°C

Nümayəndə heyətimiz AŞPA-nın yay sessiyasına gedir

22.06.13 09:40 1560
Nümayəndə heyətimiz AŞPA-nın yay sessiyasına gedir
İyunun 24-28-də Strasburqda keçiriləcək Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasına Azərbaycan Milli Məclisi Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatdakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu da iştirak edəcək.
Milli Məclisdən APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rafael Hüseynov, Sabir Hacıyev, Rövşən Rzayev, Sahibə Qafarova, Fazil Mustafa və Aydın Abbasov daxildirlər.
Sessiyada Assambleya Bürosunun və Daimi Komitənin görülən işlər barədə hesabatı dinləniləcək, Bolqarıstanda keçirilmiş parlament seçkilərinin nəticələri, Orta Şərqdə mövcud vəziyyət, Macarıstana münasibətdə monitorinq prosedurasına başlanması təklifinin müzakirəsi, korrupsiya ilə mübarizə, bərabər tibbi xidmət hüququ, Makedoniya ilə monitorinq sonrası dialoq, siyasi və cinayət məsuliyyətinin fərqləndirilməsi və digər mövzularda fikir mübadiləsi aparılacaq.
İclaslarda Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.
banner

Oxşar Xəbərlər