• cümə, 29 Mart, 09:45
  • Baku Bakı 5°C

Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar

19.12.18 12:22 457
Nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib - Fotolar
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru vəzifəsini icra edən Sergey Morozovun başçılıq etdiyi nümayəndə heyəti dekabrın 19-da Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyub.

AZƏRTACxəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər güllər düzülüb.

Daha sonra qonaqlar dünya şöhrətli müğənni, SSRİ Xalq artisti Müslüm Maqomayevin xatirəsini anıb, məzarı önünə gül dəstələri qoyublar.






banner

Oxşar Xəbərlər