“Nöqtə xahişinə”nə vadar edən problem
Bir neçə gün əvvəl sosial şəbəkədə yaranmış problem istifadəçilərin
narahatlığına səbəb olub. İstifadəçilərin "blok olmuşam nöqtə qoyun”,
"instaqramda nə baş verir”, "rəy yaza bilmirəm, nöqtə qoyun” tipli paylaşımlar
gündəmi zəbt etmişdi. Məsələnin nədən qaynaqlandığını, istifadəçilərin nə üçün
belə bir problemlə üzləşdiyi bilinmirdi. Hər kəs yazdığı statusunu mahiyyətini
anlamadan, sadəcə, "nötqə” istəyirdi. Hətta "nöqtə istəmək” məsələsi sosial
şəbəkə istifadəçiləri arasında yumor obyektinə də çevrildi. Şəbəkə istifadəçiləri zarafat olsun deyə,
"nöqtə” ilə bağlı paylaşımlar etməyə başladılar.
Bəs gerçək problem nədən qaynaqlanırdı? Bunun səbəbini öyrənməyə
çalışdıq.
"Multimedia"
İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan
İnternet Forumunun prezidenti Osman Gündüz problemlə bağlımətbuata verdiyi açıqlamada bildirib ki, sosial
şəbəkələrdə müəyyən texniki problemlər yalnız Azərbaycanda deyil, dünyanın bir
sıra regionlarında baş verib: "Bir neçə gündür qlobal sosial media resurslarında-
"Facebook”, "İnstagram,” "WhatsApp” və s. texniki problemlər yaşanır.
Bu, yalnız bizdə deyil, Amerikanın bəzi hissələrində, Asiyada və s. regionlarda yaşanıb.İstifadəçilər
paylaşım edə, "messencer”ə daxil ola və rəy yaza bilməyiblər. Hətta girişdə
problem yaşayanlar da olub. Sonradan açıqlama oldu ki, sosial media
resurslarının serverlərinə müxtəlif təminat proqramlarından istifadə olunaraq
müəyyən hücumlar təşkil edilib. Həmin hücumlardan dolayı serverlərdə
problemlər yaşanıb və normal fəaliyyət göstərə bilməyiblər. Məndə olan məlumata
görə, problem həll olub həmin resurslar artıq normal işləyir”.
O. Gündüz qeyd edib ki, istifadəçilərin belə hallar
zamanı ehtiyatlı olmaları vacibdir: "Belə hal yaşanarkən, gələn mesajları açan
zaman ehtiyatlı olmaq lazımdır. Çünki gələn mesaj şübhəli ola və fərdi
məlumatlar oğurlana bilər. Həmin anlarda təşvişə düşmək lazım deyil. Tövsiyə
olunur ki, müəyyən proseslərin gedişlərini izləsinlər və ona uyğun hərəkət
etsinlər. Yəni əsas narahatlıq vətəndaşların fərdi məlumatlarının oğurlanması,
resurslarına başqa adamlar tərəfindən giriş olması ilə bağlı ola bilər.
Tövsiyəm o olardı ki, istifadəçilər öz şifrələrini dəyişsinlər. Arzu olunmayan,
şübhəli mesajlara, yazışmalara diqqətli yanaşsınlar və açmasınlar. Elementar
informasiya təhlükəsizlik qaydalarına əməl etmək vacibdir”.
Qeyd edək ki, yaranmış problem ilk olaraq şəbəkəyə
hər hansı hücumların olması ilə əlaqələndirildi. Lakin "Facebook”-un
əməkdaşları şirkətin servislərinin işləməsində yaranmış problemlərin DDoS-hücum
səbəbinə görə yaranmadığını düşünürlər. Bu
haqda şirkətin "Tvitter”dəkibəyanatındadeyilir: "Biz problemi
olduqca tez həll etməyə çalışırıq, lakin problemin DDoS-hücumla bağlı
olmadığını təsdiqləyə bilərik”.
Yeri
gəlmişkən, istifadəçilərinin sosial şəbəkədə problemlə üzləşdiyi "İnstaqram” da
"Tvitter”-dəkimesajındaDDoS-hücum
versiyasını rədd edib.
İT sahəsi üzrə ekspert Qafar Əhmədov qeyd
etdi ki, sosial şəbəkələrin bir neçəsində eyni anda problemin baş verməsi
normaldır: "Çünki "Facebook, "whatsap” "İnstaqram” kimi şəbəkələr eyni
serverdən idarə olunur. Düşünün ki, bu şəbəkələrin milyardlarla istifadəçisi
var. Və bu şəbəkələrə eyni anda daxil olanda müəyyən yüklənmə, texniki problem
yaşana bilər. Bu şəbəkələrin serverləri də çox böyükdür. Problemi dərhal aradan
qaldırmaq bir az zaman alır. Adicə, bizim şəxsi kompüterlərimizdə yaranan
texniki problemləri aradan qaldırmaq müəyyən zaman tələb edir. Belə böyük
serverlərdəki problemləri həll etmək də təbii ki, zaman aparır. Nöqtə
məsələsinə gəlincə isə o, elə də ciddi əhəmiyyət daşımır. Yəni nöqtənin çox
qoyulması problemin həlli üçün çıxış yolu deyil. Nöqtə qoyulmasını istəməklə,
həmin şəxslər profillərinin aktivliyini artırmaq istəyirlər. Çünki sosial
şəbəkələrdə hər hansı bir problem olduğu zaman passiv profillərə daha tez təsir
edir. Ona görə, profilində nə isə texniki problem hiss edən istifadəçilər,
dərhal belə status yazıb, onu aktivləşdirmək istəyirlər”.
Günel
Azadə