• cümə axşamı, 28 mart, 20:35
  • Baku Bakı 13°C

Nöqsanlara yol vermiş polis sanksiyalara məruz qalacaq

04.06.20 09:15 785
Nöqsanlara yol vermiş polis sanksiyalara məruz qalacaq
Polisin hər bir səhvi, həddi aşması, hər sözü, o cümlədən irqçi ifadələri istintaq, sanksiya obyekti olacaq.
AZƏRTACxəbər verir ki, bu sözləri Parisdə polis zorakılığına qarşı etiraz nümayişinin ertəsi günü Daxili İşlər naziri Kristof Kastaner Senatda çıxışında deyib.
"Dövlət zorakılıq tətbiq etmir. Oxşar insidentlər olduqda və polis tərəfindən yol verilmiş nöqsanlar olduqda araşdırmalar aparılır və zəruri hallarda sanksiyalar tətbiq olunur”, - deyə hökumətin sözçüsü Sibet Ndiaye deyib.
S. Ndiaye mətbuat konfransında qeyd edib ki, Fransa ilə ABŞ-ı müqayisə etmək olmaz, bu ölkələrdə baş verən son hadisələr həm tarixi, həm də cəmiyyətin təşkili baxımından müqayisə olunmazdır. O, bu hadisələrdən danışanda ehtiyatlı olmağa səsləyib.
banner

Oxşar Xəbərlər