• cümə, 29 Mart, 14:16
  • Baku Bakı 14°C

N.Paşayeva: “Bakının çoxəsrlik simasını dağıtmaq olmaz”

18.06.14 14:56 1809
N.Paşayeva: “Bakının çoxəsrlik simasını dağıtmaq olmaz”
“İstəyərdim ki, şəhərimizin mədəniyyət, urbanizasiya qatları, köhnə ruhu, dar və asimmetrik küçələri, ikimərtəbəli gözəl ənənəvi daş binaları, köhnə qapıları, fənərləri dağıdılmasın”. Lent.az-ın xəbərinə görə, bunu Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru Nərgiz Paşayeva “Nargis” jurnalına verdiyi müsahibədə deyib.
N.Paşayeva bildirib ki, Bakının çoxəsrlik simasını dağıtmaq olmaz: “Şəhərin sadə ştrixlərini və orijinal qatlarını dağıtmaq olmaz. Çünki müxtəlif dövrlərin fərqli stilləri daşda daha uzun müddət və etibarlı şəkildə qorunur. Məhz şəhər artefaktları bizə özümüzü tarixi və formalaşmış zəngin mədəniyyəti olan xalq hesab etmək haqqı verir”.
N.Paşayeva həmçinin qeyd edib ki, Bakının yarıyırtıcı-yarıromantik şəhərə çevrilməsinə imkan vermək olmaz: “Londonun ən prestijli və bahalı küçələrindən biri olan Uolton-strit sadə, köhnə ikimərtəbəli daş evlərdən ibarətdir. Bizim kiçik köhnə Bakı evlərimiz onlardan daha gözəl və maraqlıdır. Ancaq ingilislər özününküləri qoruyur və Londonun simasını yeniləmək məqsədilə heç nəyi dağıtmırlar. Bu özünə, öz vətəninə hörmətdir. Bakı bir zamanlar olduğu kimi tünd və çirkli deyil. Şəhər üçün yaxşı şeylər edən insanların əməyini də danmaq olmaz.
Məncə, dünyada iki növ şəhər var: Şanxay, Honkonq, Sinqapur kimi yırtıcı-şəhərlər və Afina, Roma, Paris, Barselona kimi romantik şəhərlər. İmkan vermək olmaz ki, bizim həmişə romantik olan şəhərimiz yırtıcı şəhərə və ya daha pis olan - yarıyırtıcı-yarıromantik şəhərə çevrilsin. Gələcək nəsillər bunu bizə bağışlamazlar”.
banner

Oxşar Xəbərlər