• çərşənbə, 24 Aprel, 19:36
  • Baku Bakı 23°C

Noyabrın sonuna qədər ya müqavilə bağlayacaq, ya da...

19.11.18 11:30 911
Noyabrın sonuna qədər ya müqavilə bağlayacaq, ya da...
Məşhur yamaykalı sprinter Useyn Bolt futbolçu karyerasını başlamamış bitirə bilər.
Kaspi.az xəbər verir ki, Bolt xeyli təklif aldığını bildirib. O, noyabrın sonuna qədər qəti qərar verəcəyini deyib:
"Müxtəlif klublardan çoxlu təklif almışam. Onların arasından ən sərfəlisini seçəcəyəm. Noyabrın sonuna qədər qəti qərar qəbul edəcəyəm.
Ya müqavilə bağlayacağam, ya da futbolçu olmaq istəyimin üstündən xətt çəkəcəyəm”.
Bolt yaxın günlərə qədər Avstraliyanın "Sentral Kost Meyrinez” klubunda çıxış edib. O, bir neçə yoxlama görüşünə çıxdıqdan sonra bu komandanı tərk edib. Tərəflər maliyyə məsələsində razılıq əldə edə bilməyiblər. Bolt illik 3 milyon avro məvacib tələb edib.
Bolt 11 dəfə dünya, 8 dəfə olimpiya çempionu olub.
banner

Oxşar Xəbərlər