• şənbə, 20 Aprel, 15:09
  • Baku Bakı 23°C

Noyabrın son günündə Bakıda hava yağmursuz olacaq

29.11.16 12:52 838
Noyabrın son günündə Bakıda hava yağmursuz olacaq
Noyabrın 30-da Bakıda və Abşeron yarımadasındahavadəyişkən buludlu, əsasən, yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeoroloji DepartamentindənAPA-ya bildirilib ki, şimal-şərq küləyi günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 4-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi 758 mm civə sütünundan 762 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90 %, gündüz 60-70 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Azərbaycanın rayonlarında gözlənilənhavaşəraitinə gəlincə, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Axşam ayrı-ayrı şimal və qərb rayonlarında yağış yağacağı, sulu qara keçəcəyi proqnozlaşdırılır. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 9-14° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər