• cümə axşamı, 28 mart, 19:04
  • Baku Bakı 13°C

Novruz turistlərini necə qarşıladıq?

04.04.18 09:00 1191
Novruz turistlərini necə qarşıladıq?
Dünyanın bir çox ölkələrindən Azərbaycana turist axını olur. Xüsusilə də, Novruz bayramı ərəfəsində şəhərdə addımbaşı turistə rast gəlinir. Elə bu il də Novruz şəhərdə özünəməxsus bir şəkildə qeyd edildi. Və demək olar ki, kifayət qədər də turist gəlmişdi.
Builki Novruz bayramının turizm baxımından necə keçdiyini, turistlərə göstərilən xidmətin keyfiyyəti və üzə çıxan problemlərlə bağlı mütəxəssislərin rəyini öyrəndik.
Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov bildirir ki, builki Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin sayı təxminən ötən ilki qədər olub. Onun sözlərinə görə, İran iqtisadiyyatında baş verən dəyişikliklərlə əlaqədar Azərbaycana bu ölkədən gələn turistlərin sayı ötən ilə nisbətən az olub. Amma buna baxmayaraq, Novruz bayramı günlərində ölkəmizə gələn turistlərin siyahısında İran turistləri yenə də ilk yeri tutub.
Assosiasiya sədri qeyd etdi ki, İran turistlərindən fərqli olaraq, bu il bayram günlərində ərəb ölkələrindən gələn turistlərin sayında daha çox artım olub: "Ümumilikdə bu il Novruzda Azərbaycana turistlər İrandan, ərəb ölkələrindən, Özbəkistandan, Qazaxıstandan və digər MDB ölkələrindən gəlib. Hansı ölkələrdə ki, Novruz qeyd edilir, o ölkələrdən Azərbaycana daha çox turist gəlib. Martın sonuna qədər hotellərimiz dolu olub. Ötən bayramda martın 21, 22 və 23-ü üçün hotellərdə yerlər daha çox bronlaşdırılmışdısa, bu il martın 28-dən 30-na qədər olan müddət üçün yerlər daha çox tutulub. Bu müddət üçün yerləri daha çox bronlaşdıranlar isə İran və ərəb ölkələrinin turistləridir. İranlılar daha çox Bakıya səfər edirlər. Ərəb ölkələrinin turistləri isə bölgələrə də gedirlər. Bu il Novruz bayramından əvvəl hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi də Azərbaycanı turistlər üçün cəlbedici edib”.
Məsələ ilə bağlı Turizm Təbliğat Bürosunun da fikirlərini öyrəndik. Büronun əməkdaşı Kənan Quluzadənin məlumatına görə, turistlər, xüsusilə də iranlılar həm paytaxtda, həm də bölgələrdə kifayət qədər aktiv olublar: "Biz büro olaraq bu il Fəvvarələr meydanında möhtəşəm bir Novruz festivalı təşkil etdik. Builki tədbirimiz keçən ilkinə nisbətən daha rəngarəng oldu. Həm yerimizin geniş olması, həm də artıq bu sahədə kifayət qədər təcrübəyə malik olmağımız tədbirimizi uğurla başa vurmağımıza şərait yaratdı. Həmçinin ilk dəfə turistlər arasında sorğu keçirdik. Burada məqsəd büro olaraq, turistlərin ölkəmiz haqqında olan müsbət, mənfi fikirlərini öyrənmək və marketinq strategiyamızı qurarkən bu nüansları nəzərə almaqdır”.
Müsahibimizdən bu sorğunun nəticələri haqqında soruşduq. Kənan bəy deyir ki, sorğu Novruz festivalı çərçivəsində 20-25 mart günlərində keçirilib: "Sorğuda şəhərimizdə qonaq olan 253 nəfər iştirak edib. Müsahiblərin 58%-ikişilər, 42%-i isəqadınlarolub. İştirakçıların əksəriyyəti25-55yaş arası turistlər olub. İştirakçıların 54%-iniailəilə səyahət edənlər təşkil edib. Daha sonrakı yerləridostlarlavəyalnızsəfər edənlər yer tutub. Sorğunun nəticələrinə əsasən, festival ərəfəsində Bakıda ziyarətdə olan turistlərin əksəriyyətiniİranvətəndaşları təşkil edir (51%). Daha sonrakı yerlərdəBƏƏ,RusiyavəGürcüstandanolan turistlər olub. İştirakçıların 65%-iilkdəfədirki, Bakıda səfərdədirlər. Eyni zamanda 20%-dən çoxu2dəfədənartıqBakıda olublar”.
O qeyd edir ki, turistlərdən Bakını ziyarət etmə məqsədlərini də öyrəniblər: "Bakıya ziyarətin əsas məqsədi arasındaNovruz festivalında iştirak etməkilk yeri (55%) tutub. Daha sonrakı yerlərdəistirahətvəbiznesməqsədləri gəlir. Səyahətləri zamanı turistlərin ən çox sevdikləri arasında daNovruz festivalıəsas yer tutur. Bundan başqa, turistlər müvafiq sıra ilə Bakınınmətbəxi,mədəniyyəti,insanları,görməli yerləri,gecəhəyatınıda bəyəndiklərini bəyan ediblər. Sorğudan iştirak edənlərin 95%-i Azərbaycana yenidən səfər etmək istədiklərini bildiriblər. Yerdə qalan 5%-lik narazı qrupun əsas səbəbləri "qiymətlərinbahaolması”, "insanlarındavranışları”, maraqlıfəaliyyətlərinazlığı” olub”.
Həmsöhbətimiz deyir ki, sorğuda iştirak edən turistlərin bəziləri qiymətlərin baha olmasından, şəhər turu avtobusunun, bayram günlərində bankların işləməməyindən, otellərin və taksi xidmətinin baha olmasından şikayətləniblər.
Kənan bəy qeyd edir ki, sorğuda iştirak edənlərin yarısından bir az çox olan İran vətəndaşları arasında bütün yaş qruplarından turistlər var: "130 iranlı respodentdən 100-ü ailəsi ilə birlikdə səfər edir. Ailə kimi səfər edənlər də bütün yaş qruplarında təmsil olunurlar. Xüsusən 25-55 yaş arası iranlı turistlər ailə ilə səfər edirlər. Dostları ilə səfər edən iranlı turistlər ikinci sıradadır ki, burada da əsas yaş qrupu 25-34 təşkil edir. Sorğuda iştirak edənlərdən 30%-i öz işinin sahibidir. İranlı turistlərin 70%-i Azərbaycan ilk dəfə, 10%-i isə 4 dəfədən çox olaraq səfər ediblər. İlk dəfə səfər edənlərin 70%-dən çoxunun məqsədi Novruz festivalında iştirak etməkdir. Novruz festivalı məqsədilə gələn iranlı turistlərin 36%-i Azərbaycana təkrar səfər edən turistlərdir”.
Müsahibimiz bildirdi ki, BƏƏ-dən olan turist qrupları da əsasən ailə və dostları ilə səyahət edirlər: "Burada da əsasən orta yaşlı turistlər təmsil olunurlar. İştirakçıların əksəriyyəti menecment və şəxsi işi ilə məşğul olan şəxslərdir. Rusiyadan olan turistlər isə müvafiq olaraq ailə, dostlar və yalnız turist tipi kimi sıralanır. Dostlar və yalnız gələn rus turistlərin əksəriyyəti 25 yaşdan aşağıdır. Yalnız gələnlərin əksəriyyəti kişi, dostlarla gələnlərin əksəriyyəti isə qadındır. Qrup turu ilə gələnlərin hamısı qadındır”.
Sorğuda turistlərin ölkəmizdə bəzi xidmətlərin bahalığından şikayətlənməsini nəzərə alaraq, ekspertlə bu məsələni müzakirə etdik. Turizm üzrə ekspert Rüfət Məmmədov qeyd etdi ki, turistlər bahalıqdan şikayətlənməkdə haqlıdırlar: "Azərbaycan kifayət qədər yaxşı infrastruktura və iqlimə malik bir ölkə kimi daim turistlərin marağını cəlb edir. Və bu bayram da ölkəmizə dünyanın bir çox ölkəsindən turist gəlib. Açığı, turistlər qiymətlərin baha olmağından şikayətlənməkdə haqlıdırlar. Çünki ən azından qonşu ölkə olan Gürcüstan ilə bizim ölkədəki qiymətlərdə kifayət qədər fərq var. Azərbaycanla Gürcüstan arasında turizm sahəsindəki qiymət fərqi 30-40 faizdir. Azərbaycanda istirahət etmək, Gürcüstandakından baha başa gəlir. Gürcüstan həm qış, həm da yay mövsümü üçün turizm imkanlarına malik olan ölkələrdəndir.Orada qiymətin ucuz olması turistlərin seçim edərkən Gürcüstana üstünlük verməsinə səbəb olur. Amma bütün bunlara baxmayaraq, bizim ölkəmizə də yetərincə turist gəlir. Sadəcə, qiymətlərdə müəyyən qədər dəyişiklik olarsa, yəni ucuzlaşma baş verərsə, düşünürəm ki, bu zaman daha çox turist axını olar.”
Günel Azadə
banner

Oxşar Xəbərlər