Novruz turistlərini necə qarşıladıq?
Dünyanın bir çox
ölkələrindən Azərbaycana turist axını olur. Xüsusilə də, Novruz bayramı
ərəfəsində şəhərdə addımbaşı turistə rast gəlinir. Elə bu il də Novruz şəhərdə
özünəməxsus bir şəkildə qeyd edildi. Və demək olar ki, kifayət qədər də turist
gəlmişdi.
Builki Novruz bayramının
turizm baxımından necə keçdiyini, turistlərə göstərilən xidmətin keyfiyyəti və
üzə çıxan problemlərlə bağlı mütəxəssislərin rəyini öyrəndik.
Azərbaycan
Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov
bildirir ki, builki Novruz bayramı günlərində Azərbaycana gələn turistlərin
sayı təxminən ötən ilki qədər olub. Onun sözlərinə görə, İran iqtisadiyyatında baş
verən dəyişikliklərlə əlaqədar Azərbaycana bu ölkədən gələn turistlərin sayı
ötən ilə nisbətən az olub. Amma buna baxmayaraq, Novruz bayramı günlərində
ölkəmizə gələn turistlərin siyahısında İran turistləri yenə də ilk yeri tutub.
Assosiasiya sədri qeyd etdi
ki, İran turistlərindən fərqli olaraq, bu il bayram günlərində ərəb
ölkələrindən gələn turistlərin sayında daha çox artım olub: "Ümumilikdə bu il
Novruzda Azərbaycana turistlər İrandan, ərəb ölkələrindən, Özbəkistandan,
Qazaxıstandan və digər MDB ölkələrindən gəlib. Hansı ölkələrdə ki, Novruz qeyd
edilir, o ölkələrdən Azərbaycana daha çox turist gəlib. Martın sonuna qədər hotellərimiz dolu olub. Ötən bayramda martın
21, 22 və 23-ü üçün hotellərdə yerlər daha çox bronlaşdırılmışdısa, bu il
martın 28-dən 30-na qədər olan müddət üçün yerlər daha çox tutulub. Bu müddət üçün yerləri daha çox
bronlaşdıranlar isə İran və ərəb ölkələrinin turistləridir. İranlılar daha çox
Bakıya səfər edirlər. Ərəb ölkələrinin turistləri isə bölgələrə də gedirlər. Bu
il Novruz bayramından əvvəl hotellərdə qiymətlərin 20-30 faiz endirilməsi də
Azərbaycanı turistlər üçün cəlbedici edib”.
Məsələ
ilə bağlı Turizm Təbliğat Bürosunun da fikirlərini
öyrəndik. Büronun əməkdaşı Kənan Quluzadənin məlumatına görə, turistlər,
xüsusilə də iranlılar həm paytaxtda, həm də bölgələrdə kifayət qədər aktiv olublar:
"Biz büro olaraq bu il Fəvvarələr meydanında möhtəşəm bir Novruz festivalı
təşkil etdik. Builki tədbirimiz keçən ilkinə nisbətən daha rəngarəng oldu. Həm
yerimizin geniş olması, həm də artıq bu sahədə kifayət qədər təcrübəyə malik
olmağımız tədbirimizi uğurla başa vurmağımıza şərait yaratdı. Həmçinin ilk dəfə
turistlər arasında sorğu keçirdik. Burada məqsəd büro olaraq, turistlərin
ölkəmiz haqqında olan müsbət, mənfi fikirlərini öyrənmək və marketinq
strategiyamızı qurarkən bu nüansları nəzərə almaqdır”.
Müsahibimizdən
bu sorğunun nəticələri haqqında
soruşduq. Kənan bəy deyir ki, sorğu Novruz festivalı çərçivəsində 20-25
mart günlərində keçirilib: "Sorğuda şəhərimizdə qonaq olan 253 nəfər iştirak
edib. Müsahiblərin 58%-ikişilər, 42%-i isəqadınlarolub.
İştirakçıların əksəriyyəti25-55yaş arası turistlər olub.
İştirakçıların 54%-iniailəilə səyahət edənlər təşkil edib. Daha sonrakı yerləridostlarlavəyalnızsəfər
edənlər yer tutub. Sorğunun nəticələrinə əsasən, festival ərəfəsində Bakıda
ziyarətdə olan turistlərin əksəriyyətiniİranvətəndaşları təşkil
edir (51%). Daha sonrakı yerlərdəBƏƏ,RusiyavəGürcüstandanolan
turistlər olub. İştirakçıların 65%-iilkdəfədirki, Bakıda səfərdədirlər. Eyni zamanda
20%-dən çoxu2dəfədənartıqBakıda olublar”.
O qeyd edir ki, turistlərdən Bakını ziyarət
etmə məqsədlərini də öyrəniblər: "Bakıya
ziyarətin əsas məqsədi arasındaNovruz festivalında iştirak etməkilk
yeri (55%) tutub. Daha sonrakı yerlərdəistirahətvəbiznesməqsədləri
gəlir. Səyahətləri zamanı turistlərin ən çox sevdikləri arasında daNovruz festivalıəsas
yer tutur. Bundan başqa, turistlər müvafiq sıra ilə Bakınınmətbəxi,mədəniyyəti,insanları,görməli yerləri,gecəhəyatınıda
bəyəndiklərini bəyan ediblər. Sorğudan iştirak edənlərin 95%-i Azərbaycana
yenidən səfər etmək istədiklərini bildiriblər. Yerdə qalan 5%-lik narazı qrupun
əsas səbəbləri "qiymətlərinbahaolması”, "insanlarındavranışları”,
maraqlıfəaliyyətlərinazlığı” olub”.
Həmsöhbətimiz
deyir ki, sorğuda iştirak edən turistlərin bəziləri qiymətlərin baha olmasından, şəhər turu
avtobusunun, bayram günlərində bankların işləməməyindən, otellərin və taksi
xidmətinin baha olmasından şikayətləniblər.
Kənan
bəy qeyd edir ki, sorğuda iştirak edənlərin yarısından bir az çox olan İran
vətəndaşları arasında bütün yaş qruplarından turistlər var: "130 iranlı respodentdən
100-ü ailəsi ilə birlikdə səfər edir. Ailə kimi səfər edənlər də bütün yaş
qruplarında təmsil olunurlar. Xüsusən 25-55 yaş arası iranlı turistlər ailə ilə
səfər edirlər. Dostları ilə səfər edən iranlı turistlər ikinci sıradadır ki,
burada da əsas yaş qrupu 25-34 təşkil edir. Sorğuda iştirak edənlərdən 30%-i öz
işinin sahibidir. İranlı turistlərin 70%-i Azərbaycan ilk dəfə, 10%-i isə 4
dəfədən çox olaraq səfər ediblər. İlk dəfə səfər edənlərin 70%-dən çoxunun
məqsədi Novruz festivalında iştirak etməkdir. Novruz festivalı məqsədilə gələn iranlı
turistlərin 36%-i Azərbaycana təkrar səfər edən turistlərdir”.
Müsahibimiz
bildirdi ki, BƏƏ-dən olan turist qrupları da əsasən ailə və dostları ilə
səyahət edirlər: "Burada da əsasən orta yaşlı turistlər təmsil olunurlar.
İştirakçıların əksəriyyəti menecment və şəxsi işi ilə məşğul olan şəxslərdir. Rusiyadan olan turistlər
isə müvafiq olaraq ailə, dostlar və yalnız turist tipi kimi sıralanır. Dostlar
və yalnız gələn rus turistlərin əksəriyyəti 25 yaşdan aşağıdır. Yalnız
gələnlərin əksəriyyəti kişi, dostlarla gələnlərin əksəriyyəti isə qadındır.
Qrup turu ilə gələnlərin hamısı qadındır”.
Sorğuda
turistlərin ölkəmizdə bəzi xidmətlərin bahalığından şikayətlənməsini nəzərə
alaraq, ekspertlə bu məsələni müzakirə etdik. Turizm üzrə ekspert Rüfət Məmmədov qeyd etdi ki, turistlər
bahalıqdan şikayətlənməkdə haqlıdırlar: "Azərbaycan kifayət qədər yaxşı
infrastruktura və iqlimə malik bir ölkə kimi daim turistlərin marağını cəlb
edir. Və bu bayram da ölkəmizə dünyanın bir çox ölkəsindən turist gəlib. Açığı,
turistlər qiymətlərin baha olmağından şikayətlənməkdə haqlıdırlar. Çünki ən
azından qonşu ölkə olan Gürcüstan ilə bizim ölkədəki qiymətlərdə kifayət qədər
fərq var. Azərbaycanla Gürcüstan arasında turizm
sahəsindəki qiymət fərqi 30-40 faizdir. Azərbaycanda istirahət etmək,
Gürcüstandakından baha başa gəlir. Gürcüstan həm qış, həm da yay mövsümü üçün
turizm imkanlarına malik olan ölkələrdəndir.Orada qiymətin ucuz olması
turistlərin seçim edərkən Gürcüstana üstünlük verməsinə səbəb olur. Amma bütün
bunlara baxmayaraq, bizim ölkəmizə də yetərincə turist gəlir. Sadəcə, qiymətlərdə
müəyyən qədər dəyişiklik olarsa, yəni ucuzlaşma baş verərsə, düşünürəm ki, bu
zaman daha çox turist axını olar.”
Günel Azadə