AZE | RUS | ENG |

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb

Novruz Məmmədov Tacikistanın prezidenti ilə görüşüb
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəsinin sammiti çərçivəsində Azərbaycanın baş naziri Novruz Məmmədov və Tacikistan prezidenti Emoməli Rəhmon arasında görüş olub.
Trend-in Tacikistan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, E.Rəhmon Tacikistan və Azərbaycan arasında ikitərəfli və çoxtərəfli əsasda hökumətlərarası əməkdaşlığın səviyyəsindən və keyfiyyətindən məmnun olduğunu bildirib.
Görüş zamanı tərəflər iqtisadiyyat, ticarət, sənaye, nəqliyyat və nəqliyyat infrastrukturu, hidroenergetika, kənd təsərrüfatı, əlaqə, elm, təhsil, mədəniyyət və turizm sahələrində Tacikistan və Azərbaycan arasında hökümətlərarası əməkdaşlığa dair vacib məsələləri müzakirə ediblər.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.



Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9027
GEL 1 1 Gürcüstan larisi 0.5913
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1179
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1802
CHF 1 1 İsveçrə frankı 1.7276
KWD 1 1 Küveyt dinarı 5.5868
TRY 1 1 Türkiyə lirəsi 0.2989