• cümə axşamı, 25 aprel, 17:45
  • Baku Bakı 23°C

Novruz Məmmədov: "Sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”

17.11.16 14:19 778
Novruz Məmmədov: "Sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”
"Müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil”.
APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Зrezident Administrasiyası rəhbərinin müavini, Xarici Əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovözünün "Twitter” səhifəsində yazıb. O,MDB-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin Moskvada keçirilən dördüncü iclasının çox mühüm məsələlərə həsr edildiyini bildirib: "Həqiqətən də müasir beynəlxalq aləmdə sabitliyə və təhlükəsizliyə təhdidlər az deyil. Düşünürəm ki, bu təhdidlərə qarşı birgə fəaliyyət, qanunvericiliyin təkmilləşdirilməsi, informasiya mübadiləsi və təhlükəsizliyi və digər məsələlər ətrafında müzakirələr çox faydalı oldu”.
Qeyd edək ki, noyabrın 16-da Moskva şəhərindəMDB-yə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin dördüncü iclası keçirilib. İclasda Azərbaycanı Təhlükəsizlik Şurasının katibi, Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev, onun müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovvə PA-nın Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiriFuad Ələsgərovtəmsil ediblər.
banner

Oxşar Xəbərlər