• cümə, 29 Mart, 05:21
  • Baku Bakı 7°C

Novruz Məmmədov: "Mehriban Əliyevanın təyinatı sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinə böyük kömək olacaq"

22.02.17 12:10 937
Novruz Məmmədov: "Mehriban Əliyevanın təyinatı sabitliyin, təhlükəsizliyin və davamlı inkişafın təmin edilməsinə böyük kömək olacaq"
"Mehriban xanım uzun illərdir, Azərbaycanın həyatında, dövlətçiliyin müəyyən istiqamətlərində çox böyük işlər görür, tədbirlər həyata keçirir. Böyük uğurlar və nailiyyətlər qazanıb".
APA-nın məlumatına görə, bunuPrezident Administrasiyasırəhbərinin müavini, Beynəlxalq əlaqələr şöbəsinin müdiriNovruz Məmmədovdeyib.
N. Məmmədovun sözlərinə görə, ümumiyyətlə, ötən il referendumdan sonra məlum olanda ki, Azərbaycanda birinci vitse-prezident postu yaradılacaq, demək olar ki, Azərbaycanda hamı o yerdə Mehriban Əliyevanı görürdü.
"Bu da artıq Mehriban xanımın bu illər ərzində qazandığı nüfuzdur. Həm ölkə daxilində, həm də xaricdə bu gün Mehriban xanımın Azərbaycan dövlətçiliyinin, maraqlarının qorunması, təbliği istiqamətində çox böyük yeri və imici var. Bu təyinat Azərbaycanın indiki dövrdə sabitliyinin, təhlükəsizliyinin və davamlı inkişafının təmin edilməsi istiqamətində böyük kömək olacaq. Mehriban xanımöz fəaliyyəti, istedadı, yorulmazlığı ilə Azərbaycan dövlətçiliyinin çox mühüm istiqamətlərində əlindən gələni edəcək, yeni uğur və nailiyyətlərə imza atacaq", - deyə o bildirib.
banner

Oxşar Xəbərlər