• cümə, 29 Mart, 08:39
  • Baku Bakı 5°C

Novruz Məmmədov: "Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir"

07.10.16 10:46 1073
Novruz Məmmədov: "Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir"
"ABŞ dövlət katibi Con Kerrinin liderlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə hazır olmadığı barədə bəyanatı bizi təəccübləndirir və məyus edir".APA-nın məlumatına görə, bunuPrezident Administrasiyasırəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiriNovruz Məmmədov deyib.
N. Məmmədov bildirib ki, münaqişənin tənzimlənməsində iştirak edən super dövlətin dövlət katibinin hakimiyyətdən getmə, seçki ərəfəsində belə bir bəyanat verməsi təəccüb doğurur: "Bunun qəribə bir mənası var, sanki dünyaya bir mesajdır. Məhz Ermənistan münaqişənin tənzimlənməsi ilə bağlı danışıqlarda liderlərin münaqişənin həlinə hazır olmadığını iddia edir. Tutaq ki, tarixi Azərbaycan torpağı olan Dağlıq Qarabağla bağlı danışıqlarda fikir mübadiləsi aparılır. AzərbaycanınDağlıq Qarabağətrafında olan və 760 minə qədər insanın məcburi köçkün həyatı yaşamasına səbəb olan 7 rayonunun 25 ildən artıq işğal altında qalmasını nə ilə izah etmək olar? Əgər Ermənistan bu 7 rayonu azad edəcəksə, buna bir hazırlıq lazım deyilmi? Bunun üçün isə əsas missiya ABŞ da daxil olmaqla,ATƏT-in Minsk Qrupunun 3 üzvünə verilib. Ancaq hələ də bu sahədə çox böyük uğur görmək mümkün olmayıb".
Prezidenti Administrasiyası rəhbərinin müavini bildirib ki, Ermənistan işğalçı dövlətdir: "Azərbaycan torpaqlarının azad edilməsi üçün ABŞ daBMTTəhlükəsizlik Şurasında 4 qətnamənin qəbuluna səs verib. Bununla bağlı bir çox beynəlxalq təşkilatlar da qətnamələr və qərarlar qəbul edilib.ATƏT-in Minsk Qrupuna üzv olan 3 dövlətin prezidentləri də "status-kvo"nun dəyişməli olduğunu bəyan edib. Bütün bunları əsas götürüb, heç olmasa, AzərbaycanınDağlıq Qarabağətrafında 7 rayonunun azad edilməsi ilə haqqında bir cümlə deyə, bir mövqe bildirəydilər, sonra deyəydilər ki, liderlər münaqişənin həllinə hazır deyillər. Ona görə də Azərbaycan Con Kerrinin bəyanatını qəbul etmir. İstərdik ki, ABŞ-ın hansısa dövlət qurumu ətraflı, hamının başa düşəcəyi tərzdə Con Kerrinin bəyanatına aydınlıq gətirsin".
banner

Oxşar Xəbərlər