• cümə, 19 Aprel, 21:07
  • Baku Bakı 24°C

Novruz İsmayıl tamaşaçılara “Yaxşı yol” deyəcək

15.08.14 15:10 1843
Novruz İsmayıl tamaşaçılara “Yaxşı yol” deyəcək
Kristal production və Space televiziyasının birgə layihəsi olan “Yaxşı Yol” adlı yeni veriliş başlayır. Kaspi.az-a verilən məlumata görə, Novruz İsmayılın təqdimatında olan bu reailti şou, dünyada və Azərbaycanda bənzəri olmayan bir proyektdir.
“Yaxşı Yol” reailti şousu digər televiziya verilişlərindən çox fərqlənir. Həyəcan və əyləncə dolu reailti şou həmçinin maarifləndirmə funksiyasında özündə daşıyır. “Yaxşı Yol” avtobusu Azərbaycanın regionlarını bir-bir gəzməklə yanaşı, regionlarımız haqqında əlavə məlumatlar da öyrətmiş olacaq. Şəxsi biznes planlarına görə bir müddət televiziyadan uzaqlaşan teleaparıcı Novruz İsmayıl, sosial şəbəkələrdə “Dönüşüm möhtəşəm olacaq “ şüarı altında şəkillər paylaşıb.
Qeyd edək ki, “Yaxşı Yol” reailti şousuna hər bir peşə sahibləri qatıla bilər. İştirakçı qismində qatılmaq istəyənlər, verilişin rəsmi Facebook səhifəsinə yaza bilər. Hər şənbə günü 12:15-də, təkrarı çərşənbə günü 16:00-da Space TV-də.

banner

Oxşar Xəbərlər