• şənbə, 20 Aprel, 13:54
  • Baku Bakı 23°C

Novruz iməciliyi keçirilib - Fotolar

13.03.17 15:15 724
Novruz iməciliyi keçirilib - Fotolar
Binəqədi rayonunun zeytunluq ərazisində Ümumrayon Novruz iməciliyi keçirilib. Aksiyada ümumilikdə 250 nəfərdən çox olmaqla RİH başçısı aparatınin kollektivi, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, Rayon Yaşıllaşdırma sahəsinin əməkdaşları, YAP Binəqədi rayon təşkilatının, Rayon Gənclər və İdman idarəsinin fəalları iştirak ediblər.
Aksiya zamanı ərazidə təmizlik-abadlıq işləri aparılıb, öncədən əkilmiş ağaclara aqrotexniki qulluq göstərilib, ərazilər alaq otlarından təmizlənib. Həmçinin ərazilər tullantılar, metal qırıntıları və digər lazımsız materiallardan təmizlənərək, səliqə-səhman yaradılıb. O cümlədən, yolun sağ və sol istiqaməti boyunca əkilmiş ağaclara qulluq edilmiş, dibləri bellənərək suvarma işlərini həyata keçirilib. Novruz bayramı öncəsi aparılan iməclik sakinlərdə xoş təəssürat yaradıb.




banner

Oxşar Xəbərlər