• cümə, 19 Aprel, 13:35
  • Baku Bakı 25°C

Novruz bayramının ənənələrində böyük bir türk mədəniyyəti yaşanır

18.03.19 14:08 625
Novruz bayramının ənənələrində böyük bir türk mədəniyyəti yaşanır
Novruz bayramının unudulmamasının ən vacib səbəblərindən biri bu ənənələrin hər il təkrarlanmasıdır.
Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin böyük elmi işçisi, fəlsəfə doktoru Atəş Əhmədli deyib.
Onun sözlərinə görə, martın 21-də gecə saat 01:58-də nəinki ölkəmizə, həm də şimal yarımkürəsinə yaz daxil olacaq: "Şimal yarımkürəsində - uzaq Pireney sahillərindən Yaponiyaya qədər olan ərazilərdə yaz fəslinin daxil olmasının qeyd edilməsinin izlərini görürük. Amma yaz fəslinın gəlişinin özəlliklə Novruz adı altında keçirilməsi xalqımızın həyatında canlanma yaradır".
A.Əhmədli bildirib ki, Novruz bayramının ənənələrində böyük bir türk mədəniyyəti yaşanır:
"Bayram türk xalqlarının həyatı, keçmişi ilə bağlıdır. Bu bayram türk xalqlarının etnokulturoloji sferada cəmləşən bütün ənənələrini özündə birləşdirir. Buna görə də biz Növruz bayramında sanki yenidən keçmişə qayıdırıq. Novruz bayramında icra edilən ənənələrin hamısının bir məqsədi var ki, insan ilin ilk gününün qarşılanmasına hazır olsun. İnanca görə, ilin ilk gününü necə keçirərsənsə, bütün il də o cür keçər".
banner

Oxşar Xəbərlər