• çərşənbə, 24 Aprel, 23:49
  • Baku Bakı 23°C

Novruz bayramında təşkil ediləcək yarmarkaların - Siyahısı

11.03.14 15:21 1461
Novruz bayramında təşkil ediləcək yarmarkaların - Siyahısı
Novruz bayramında əhalinin hər növ ərzaq və kənd təsərrüfatı malları ilə təmin olunması, bazardakı qiymətlərdən daha ucuz və keyfiyyətli məhsul əldə etmək məqsədilə Kənd Təsərrüfatı Nazirliyi 15-19 mart tarixlərində Bakı şəhərinin müxtəlif yerlərində ərzaq və kənd təsərrüfatı mallarının satış yarmarkalarını təşkil edəcək. Bu barədə Lent.az-a nazirlikdən məlumat verilib.
Novruz bayramı ilə əlaqədar əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatı tam təmin olunacaq, seçim imkanları artacaq, eləcə də süni qiymət artımının qarşısı alınacaq.
Yarmarkalar 15-19 martda aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri, Xətai rayonu:
- Məhəmməd Hadi küçəsi, Ukrayna dairəsindən H.Aslanov metrosuna düşən yolda.
Bakı şəhəri, Yasamal rayonu:
Akim Abbasov küçəsi, İran klinikasının yanı.
Bakı şəhəri, Nərimanov rayonu:
Gənclik metrosu, stadionun yanı.
Bakı şəhəri, Binəqədi rayonu:
Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti.
Bakı şəhəri, Suraxanı rayonu:
Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı.
Bakı şəhəri, Nəsimi rayonu:
Təzə bazarın ərazisi.
Bakı şəhəri, Səbail rayonu:
Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı.
banner

Oxşar Xəbərlər