• cümə, 29 Mart, 01:43
  • Baku Bakı 7°C

Novator məktəb

14.12.16 12:25 29260
Novator məktəb
Məmməd Rahim adına 7 saylı tam orta məktəb dünya üzrə 44 məktəbdən biridir ki, 2009-cu ildə "Novator Məktəblər” Proqramında iştirak üçün seçilib. Bu da məktəbin qabaqcıl təlim texnologiyalarının səmərəli tətbiqinin önündə olması deməkdir”. Bu sözlər "Microsoft Novator Məktəblər Proqramının Dəyərləndirmə Hesabatı”ndan götürülüb ( 2010, iyun). M.Rahim adına 7 saylı tam orta məktəb 2009-cu ildə "Microsoft Azərbaycan” tərəfindən "Novator Məktəblər Proqramı”na təqdim olunmuş məktəblər içərisindən seçilib. Təhsil ocağı "Dünya İnnovativ Məktəblər” şəbəkəsinə qoşulub və dünyanın bir sıra məktəblərinin qabaqcıl təcrübələrini öyrənir. M.Rahim adına 7 saylı tam orta məktəb zəngin tarixi olan və bu gün də müasirliyin önündə gedən qabaqcıl təhsil ocaqlarındandır.

Məktəb ötən əsrin əvvəllərində, yəni 1928-ci ildə ibtidai - orta məktəb ( I-VII siniflər) kimi fəaliyyətə başlayıb və Paris Kommunasının adını daşıyıb. Məktəbdə dərslər rus dilində keçirilib. 1940-1946-cı illərdə məktəbin binasından hərbi hospital kimi istifadə olunub. 1950-ci ildən başlayaraq 7 saylı məktəb Azərbaycan dilində tədrisə başlayıb. 1977-ci ildə xalq şairi M.Rahimin 70 illik yubileyi münasibətilə məktəbə şairin adı verilib. Məktəb "2008-2012-ci illərdə Azərbaycan Respublikasının təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilən "Elektron məktəb” pilot layihəsinə daxil edilib. Layihənin həyata keçirildiyi müddətdə tədris prosesinin təşkili və idarəolunmasında bir sıra müsbət dəyişikliklər baş verib. Elektron jurnalların tətbiqi müəllimlərin valideynlərlə əlaqəsini, şagird nailiyyətlərinin valideynlər tərəfindən əldə edilməsini asanlaşdırıb. SMS vasitəsilə şagirdlərin qiymətləri haqqında valideynlərin məlumatlandırılması, elektron tədris resurslarının istifadəsi xidmətləri mövcuddur. Burada "2008-2012- ci illərdə Azərbaycan Respublikasında Təhsil Sisteminin İnformasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində "1 şagird: 1 kompüter” layihəsi tətbiq olunur. Təhsil Nazirliyinin və İntel Korporasiyasının birgə təşəbbüsü olan bu layihə çərçivəsində məktəblilərə həm dərsdə, həm də evdə istifadəsi üçün netbuklar verilib. 2008-ci ildən Azərbaycan Respublikasının Təhsil Nazirliyi və "British Council Azerbaijan” tərəfindən həyata keçirilən "İngilis dilinin intensiv tədrisi” layihəsi çərçivəsində məktəb bir sıra uğurlara imza atıb. Həmin layihə təhsil ocağının bütün siniflərini əhatə edir. Məktəbin müəllimləri elmi-metodik bilik və vərdişlərini gücləndirmək məqsədilə treninqlərə qatılır, şagirdlər beynəlxalq layihələrdə iştirak edirlər. 2010-cu il 19 may ayında BŞTİ tərəfindən həyata keçirilən "TƏHSİL, ZAMAN VƏ BİZ" adlı layihəsində 7 saylı məktəb "İnnovativ məktəb” kimi təmsil olunub.

"Sabahın alimləri” IV beynəlxalq olimpiadasında məktəb biologiya nominasiyası üzrə II yerin qalibi olub.
Təhsil ocağı 7 ildir ki, " Parners in Learning Network"- Dünya innovativ məktəblər şəbəkəsinə üzvdür. Avropa oyunları çərçivəsində "Ən surətli məktəb” adına layiq görülüb, I yeri qazanıb. Məktəbin şagirdləri voleybol üzrə qızlar arasında XXVII rayon yarışmasında ikinci yerə layiq görülüblər. Məktəbin M.Füzuli adına Əlyazmalar İnstitutu,Azərbaycan Milli Kitabxanası,Milli Azərbaycan Tarixi Muzeyiilə sıx əlaqələri mövcuddur.

Hazırda məktəbdə 1028 şagird təhsil alır və onların təlim-tərbiyəsi və tədrisi ilə 116 müəllim məşğul olur.
Azər

banner

Oxşar Xəbərlər