• cümə axşamı, 28 mart, 19:12
  • Baku Bakı 13°C

Notariuslar niyə işləmir? – Açıqlama

30.09.16 15:38 1353
Notariuslar niyə işləmir? – Açıqlama
Bakıda fəaliyyət göstərən notariusların işində problem yaranıb. Şəhər sakinlərinin fins.az-a verdiyi məlumata görə, dünən demək olar ki, bütün notariuslarda onlara xidmət göstərilməyib. Səbəb kimi sistemin işləməməsi göstərilib.
Yaranan texniki problem "ASAN xidmət" mərkəzlərindəki noratiat xidmətlərində də müşahidə edilib. Notariusların fəaliyyətində fasilə yaranmasını Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən də təsdiqləyiblər.
Bildirilib ki, Ədliyyə Nazirliyi bununla bağlı əvvəlcədən xəbərdarlıq edib: "Elan olunmuşdu ki, notariusların işində 2 gün fasilə yaranacaq. Bu, sistemdəki texniki yenilənmə ilə izah olunub".
Ədliyyə Nazirliyinin Notariat İdarəsindən isə bildirdilər ki, bu gün notariat kontorlarının işində heç bir problem yoxdur, onlar əvvəlki qaydada işləyirlər: "Son günlərdə yağan intensiv yağışlar nəticəsində optik xətlərdə problem yarana bilər. Yəqin sistemin dayanması bununla bağlı olub".
banner

Oxşar Xəbərlər