• cümə, 19 Aprel, 19:18
  • Baku Bakı 24°C

Norveçli diversant 99 yaşında dünyasını dəyişib

22.10.18 10:00 284
Norveçli diversant 99 yaşında dünyasını dəyişib
İkinci Dünya müharibəsi dövründə Hitler koalisiyasına qarşı mübarizə aparan norveçli İoahim Ryonneberq 99 yaşında dünyasını dəyişib.
AZƏRTACTASS informasiya agentliyinə istinadla xəbər verir ki, 1943-cü ildə ağır su istehsalının məhv edilməsi üzrə "Qannersayd” əməliyyatına komandanlıq edən Ryonneberq 1919-cu ildə doğulub. Adolf Hitler Norveçi işğal edəndə o, 1940-cı ildə Böyük Britaniyaya qaçır və müqavimət hərəkatına qoşulur. Hərbi hazırlığı keçib Norveçə qayıdan Ryonneberq nasistlərə qarşı bir neçə xüsusi əməliyyatda iştirak edir.
1943-cü ildə ona Norveçin Vemork şəhərində ağır suyun istehsalı üzrə "Norsk Hydro” şirkətinin zavodunun partladılması üzrə əməliyyatın hazırlanması tapşırığı verilir. Müttəfiqlər ehtiyat edirdilər ki, nasistlər nüvə silahının hazırlaması üçün ağır sudan istifadə edə bilərdilər və buna görə də onun istehsalını məhv etməyə qərar verirlər. 1942-ci ildə birinci diversiya cəhdi uğursuz alınır.
1943-cü ildə Ryonneberq və onun qrupu Vemorkda müvəffəqiyyətli əməliyyat həyata keçirir. Onlar paraşütlərlə düşərək xizəklərdə zavoda çatırlar və müəssisəni partladırlar. Qrup xilas olmağa və neytral ölkə olan İsveçə keçməyə nail olur. Bununla "Qannersayd” əməliyyatı uğurla baş tutur.
Norveçli diversant daha sonra danışırdı ki, o, son anda fitil ipini qısaltmağa qərar verir. Partlayışın bir neçə dəqiqə sonra baş verməsi isə diversiyanın qarşısının alınmasına gətirib çıxara bilərdi.
banner

Oxşar Xəbərlər