• çərşənbə axşamı, 23 aprel, 14:44
  • Baku Bakı 24°C

Norveç yığmasının baş məşqçisi: “Azərbaycan indi daha güclüdü”

28.08.17 16:57 1253
Norveç yığmasının baş məşqçisi: “Azərbaycan indi daha güclüdü”
"Məşqlərdə çatışmayan cəhətləri aradan qaldırmağa çalışırıq. Müdafiə olunmaq mənasında, bəzi dəyişikliklər edirik. Meydanda daha aqressiv oyun sərgiləməliyik”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

Skandinaviya təmsilçisi DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 1-də millimizi qəbul edəcək.

Yerli mətbuata açıqlama verən Laqerbek komandasının hazırkı durumunu dəyərləndirib: "Rəqibin indiki milli haqda az məlumat bilməsi bizim üçün üstünlük olar. Amma indiki dövrdə hamının təhlil proqramı var. Odu ki, rəqibin oyunu sizi nadir hallarda təəccübləndirə bilər. Çünki neçə çıxış edəcəklərini apardığınız təhlillər əsasında bilirsiz”.

69 yaşlı çalışdırıcı Azərbaycan yığmasının oyununda da dəyişikliklərin olduğunu qeyd edib: "Əvvəl daha çox müdafiə olunmağa diqqət ayırırdılar. İndi isə daha güclüdülər. Rəqibin yarımmüdafiə xəttində braziliyalı futbolçu çıxış edir. Gözlədiyimdən daha yaxşı oynayacaqlarını düşünmürəm. Amma istənilən halda, futbolçularımı bütün vəziyyətlərə hazırlayacam. Meydana 3 xal üçün çıxacağıq. Komandanı qələbələr formalaşdırır. Nə qədər çox qalib gəlsəniz, mental olaraq, bir o qədər güclü kollektivə çevrilərsiz”.
banner

Oxşar Xəbərlər