AZE | RUS | ENG |

Norveç yığması Pxençxan-2018-də rekorda imza atıb

Norveç yığması Pxençxan-2018-də rekorda imza atıb
Cənubi Koreyanın Pxençxan şəhərində keçirilən XXIII Qış Olimpiya Oyunları davam edir.
 
Apasport.az saytının məlumatına görə, ötən gün nüfuzlu turnirdə rekord qeydə alınıb.
 
Belə ki, kişilər arasında biatlon estafet yarışlarında Norveç komandası gümüş medal qazanıb. Bu, şimallıların sözügedən yarışda 37-ci medalı olub. 13 "qızıl”, 14 "gümüş” və 10 "bürünc” əldə edən Skandinaviya təmsilçisi sıralamada da birinci yerə yüksəlib. Bununla da Norveç ABŞ-ın Vankuver-2010 Olimpiadasındakı rekorduna ortaq olub. Həmin Olimpiya Oyunlarında ABŞ yığması da 37 (9-15-13) "qənimət” əldə etmişdi.
 
Qeyd edək ki, Cənubi Koreyada hazırda davam edən "Ağ Olimpiada”nın iki yarış günü qalıb. 





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0040
GEL 1 Gürcü larisi 0.6904
GBP 1 İngilis funt sterlinqi 2.2768
TRY 1 Türk lirəsi 0.3642
KWD 1 Küveyt dinarı 5.6242
SEK 1 İsveç kronu 0.1976
EUR 1 Avro 2.0067
CHF 1 İsveçrə frankı 1.7266
USD 1 ABŞ dolları 1.7000