• cümə, 26 Aprel, 22:41
  • Baku Bakı 22°C

Norveç təyyarəsi Bakıda məcburi eniş edib

20.04.15 06:39 933
Norveç təyyarəsi Bakıda məcburi eniş edib
Ötən gün Norveç aviaşirkətinə məxsus Banqkok-Kopenhagen aviareysi üzrə uçan təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Xidmət rəisi Məhərrəm Səfərli “APA-Econonmics”ə açıqlamasında bildirib.
M. Səfərlinin sözlərinə görə, həmin an təyyarənin göyərtəsində 288 sərnişin olub.
“Təyyarədə olan bir sərnişinin vəziyyəti kəskin pisləşdiyindən təyyarə Heydər Əliyev beynəlxalq hava limanına məcburi eniş edib. Məcburi eniş 16:02-də baş verib və təcili olaraq həmin xətdə olan 57 yaşlı Danimarka vətəndaşı Alen Lasten və onunla yanaşı digər sərnişin reysdən çıxarılıb”, - deyə M. Səfərli bildirib.
Xidmət rəisi əlavə edib ki, vəziyyəti pisləşən sərnişinlər 3 saylı Sabunçu şəhər xəstəxanasına ürək çatışmazlığı diaqnozu ilə yerləşdiriliblər.
Onun sözlərinə görə, məcburi eniş edən təyyarəyə AZAL tərəfindən bütün yerüstü xidmətlər göstərilib və təyyarə 17:37-də Kopenhangen istiqamətinə uçuşa başlayıb.
banner

Oxşar Xəbərlər