• çərşənbə axşamı, 19 mart, 09:21
  • Baku Bakı 8°C

Norveç polisi iki müsəlmana təşəkkür edib

18.08.19 12:15 7230
Norveç polisi iki müsəlmana təşəkkür edib
Norveçdə yerləşən "Əfqani Əl-Nur İslam Mərkəzi” məscidinə hücumun qarşısını alan Məhəmməd Rafiq və Məhəmməd İqbal Yavenin fədakarlığı polis rəisi və Barum Bələdiyyə başçısı tərəfindən yüksək qiymətləndirilib.
APATürkiyə mətbuatına istinadən xəbər verir ki, Norveç polisi hər iki müsəlmanı qəhrəman adlandıraraq onlara çiçək dəstəsi verib.
Polis rəisi Bite Qanqas Muhammedlə İqbala təşəkkür edərək deyib ki, bu fədakarlıqları ilə çox sayda insanın həyatını xilas ediblər.
Barum Bələdiyyə başçısı Lisbet Hammer Kroq da "qəhrəman”larla görüşərək minnətdarlığını bildirib.
Qeyd edək ki, ötən gün yerli vaxtla saat 16:00-da Norveçin Barum şəhərində əfqanlara məxsus "Əl-Nur İslam Mərkəz” məscidinə silahlı hücum edilib. Məhəmməd Rafiq və Muhammad İqbal Jave adlı iki müsəlman təcavüzkarı görən an onu zərərsizləşdirməyə çalışıb və buna nail olublar. Polis hadisə yerinə gələndə təcavüzkarın artıq tərkisilah edildiyini görüb.
Məscidə hücum edən şəxsin evində axtarış zamanı qadın cəsədi tapılıb.
banner

Oxşar Xəbərlər