• şənbə, 20 Aprel, 14:06
  • Baku Bakı 23°C

“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb

02.09.19 09:30 1505
“Nobel qardaşlarının ilk uğuru” filmi beynəlxalq festivalın finalına vəsiqə qazanıb
"Nobel qardaşlarının ilk uğuru” filmi İtaliyada keçirilən "Cinema Povero” Beynəlxalq Festivalının finalına vəsiqə qazanıb.
Bu barədəAZƏRTAC-a filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.
O qeyd edib ki, "SSP Production” tərəfindən istehsal olunmuş "Nobel qardaşlarının ilk uğuru” sənədli filmi "Cinema Povero” Beynəlxalq Festivalında ən yaxşı sənədlər kateqoriyası üzrə finala vəsiqə qazanıb. "Sentyabrın 20-də ekran əsəri digər ölkələrin filmləri ilə birincilik uğrunda mübarizəyə başlayacaq. Əgər müsabiqənin şərtlərinə uyğun olaraq yüksək formatda görüntü təqdim edə bilsək, inanıram ki, yüksək yer tutacağıq”, - deyə o bildirib.
"Nobel qardaşlarının ilk uğuru” sənədli filmi 40 ölkədə 100-dən artıq beynəlxalq festivala göndəriləcək. Ekran əsərinin çəkilişləri bu ilin martında başa çatıb. Sənədli filmin redaktoru Əkbər Qoşalı, qrafika ustası Xaqani Məmmədovdur. Mətni Eldost Bayram oxuyub.
banner

Oxşar Xəbərlər