• cümə axşamı, 28 mart, 19:11
  • Baku Bakı 13°C

Nobel mükafatının laureatı açıqlandı

11.10.13 12:48 1353
Nobel mükafatının laureatı açıqlandı
2013-cü il üçün Nobel sülh mükafatı BMT-nin kimyəvi silahların qadağan olunması təşkilatına verilib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Stokholmdakı İsveç Kral Elmlər Akademiyası elan edib.
Qeyd edək ki, kimyəvi silahların qadağan olunması təşkilatı sentyabrın sonunda Suriyanın kimyəvi silahlarının məhv edilməsi planını təsdiqləyib. Kimyəvi silah istehsal edən avadanlıqların 2013-cü ilin noyabr ayının əvvəlinə qədər, bütün kimyəvi silah arsenalının isə 2014-cü ilin birinci yarısında məhv edilməsi nəzərdə tutulub.
banner

Oxşar Xəbərlər