• cümə axşamı, 28 mart, 19:53
  • Baku Bakı 13°C

Nobel mükafatı hərracda satıldı - Tarixdə ilk dəfə

05.12.14 09:12 1046
Nobel mükafatı hərracda satıldı - Tarixdə ilk dəfə
DNT strukturunu ilk icad edən amerikalı alim Ceyms Uotsonun sahibi olduğu Nobel mükafatı Nyu Yorkda Christie`s hərrac evi tərəfindən 4,1 mln dollara satılıb.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, beləliklə, elm sahəsində ən yüksək mükafata layiq görülmüş 86 yaşlı Ceyms Uotson mükafatını satmağa qərar vermiş ilk Nobel mükafatçısı olub.
Bundan başqa, Ceyms Uotsonun 1962-ci ilin dekabrın 10-da Stokholmda Nobel Komitəsinin təntənəli mərasimində çıxışı üçün hazırladığı əlyazma tezislər 300 min dollara satılıb. Həmçinin, Ceyms Uotsonun mühazirəsinin hərraca çıxarılan əlyazma və qaralaması isə 200 min dollara satılıb.
Alim əldə ediləcək vəsaitlərin xeyriyyə tədbirlərinə xərcləyəcəyini bildirib.
banner

Oxşar Xəbərlər