• cümə axşamı, 28 mart, 21:13
  • Baku Bakı 13°C

Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi

11.10.19 16:51 444
Njdeyə heykəl qoyulması Rusiya Dövlət Dumasında cinayət kimi qiymətləndirildi
Rusiya İkinci dünya müharibəsinin tarixini təkrar yazmaq istəyənlərə layiqli cavab verməlidir.
Trend-in məlumatına görə, bunu Rusiya Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib. Rusiyalı deputat Ermənistanda Qaregin Njdeyə heykəl qoyulması fikrinə sərt reaksiya verib:
"Ermənistanda Qaregin Njdeyə heykəl qoyulub! Onun nasistlərin adamı olduğunu təsdiq edən rəsmi sənədlər var. O, Qızıl Ordunun arxasında təxribatlar törətmək məqsədilə Bolqarıstanda agentlər cəlb edirdi. Amma ona heykəl qoyurlar. Mən bundan daha çox Njdeyə Krasnodarın Armavir şəhərində heykəl qoyulduğunu eşidəndə hiddətlənmişdim. Fikrimcə, bu, "nasizmin bərpası” maddəsi ilə cinayət kimi qəbul olunmalıdır. Njdeyə heykəllər qoyulması nasist cinayətkarının qəhrəmanlaşdırılması deməkdir”.
banner

Oxşar Xəbərlər