• cümə axşamı, 18 aprel, 23:11
  • Baku Bakı 21°C

"Nizami" stansiyasında bir ildən çoxdur davam edən təmir işləri nə vaxt bitəcək?

19.08.17 21:00 842
"Nizami" stansiyasında bir ildən çoxdur davam edən təmir işləri nə vaxt bitəcək?
"Nizami" metro stansiyasında təmir işləri yekunlaşmaq üzrədir.
Bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.
Qurum rəsmisi bildirib ki, hazırda stansiyada tamamlanma işləri aparılır: "Təmir-bərpa işlərinin sentyabrın 15-də başa çatdırılması planlaşdırırlır".
Xatırladaq ki, metronun "Nizami" stansiyasında təmir işləri bir ildən artıqdır davam edir.
Təmir işləri çərçivəsində stansiyanın yol divarlarının mərmər üzlükləri yenilənib, platformaaltındakı arakəsmələr sökülüb, platforma və kollektorun divarları möhkəmləndirilib, xidməti otaqlar yenilənib. Stansiya qurğularının, memarlıq elementlərinin mühafizəsi üçün havalandırma sistemi yenidən qurulub. Stansiyanın orta zalının tavanında söküntü, korroziyadan təmizləmə işləri yerinə yetirilib.
Təmir prosesində dahi Azərbaycan mütəfəkkiri - şair, filosof, şeyx Nizami Gəncəvinin şərəfinə adlandırılmış stansiyanın daxili tərtibatındakı milli memarlıq nümunələrini yenidən qurulub.
banner

Oxşar Xəbərlər