AZE | RUS | ENG |

Nizami Kino Mərkəzində “Xüsusi təyinatlı İbad-2” filmi təqdim edilib

Nizami Kino Mərkəzində “Xüsusi təyinatlı İbad-2” filmi təqdim edilib
Noyabrın 24-də Nizami Kino Mərkəzində Qarabağ müharibəsinin iştirakçısı, "Azərbaycan Bayrağı” ordenli İbad Hüseynov haqda çəkilmiş "Xüsusi təyinatlı İbad-2” filminin təqdimatı olub.
 
AZƏRTAC xəbər verir ki, Dünya Gənc Türk Yazıçılar Birliyi məsləhət Şurasının rəhbəri Əkbər Qoşalının aparıcılığı ilə keçən təqdimat mərasimində əvvəlcə filmin yaradıcı heyəti səhnəyə dəvət edilib.
 
Filmin ssenarı müəllifi Cəlaləddin Qasımov çıxış edərək film barədə məlumat verib. Bildirib ki, filmdə ermənilərin Kür çayı sahilində törətmək istədikləri növbəti terror aktının qarşısının İbad Hüseynov və dəstəsi tərəfindən rəşadətlə alınmasından bəhs edilir. Ekran əsərinin quruluşçu rejissoru Natiq Novruzov, ikinci rejissoru Rəşad Nuri, quruluşçu operatoru Fahir Səmədoğludur. Döyüş səhnələri ilə zəngin filmdə İbad rolunu Elçin Məmmədli canlandırıb. Filmdə, həmçinin Xalq artisti Nurəddin Mehdixanlı, Əməkdar artist Xalidə Quliyeva, aktyor Rəşad Səfərov və başqaları çəkiliblər.
 
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın adından tədbir iştirakçılarını salamlayan Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu bildirib ki, İbad Hüseynov təkcə Azərbaycanın deyil, türk və İslam dünyasının qəhrəman övladıdır. Çünki erməni terroristləri haqsız, hüquqsuz işğal etdiyi Qarabağ torpaqlarında vəhşiliklər törədərkən, anaların gözləri önündə övladlarını qətlə yetirərkən onları sadəcə türk deyə öldürmədilər, həmçinin müsəlman deyə öldürdülər. Bu cür qəhrəmanlar toplumların milli refleksləridir. Belə filmlər gənc nəslin milli ruhunun yüksəlməsinə təkan verir.
 
Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral bildirib ki, millətləri millət edən onların qəhrəmanlarıdır. "Qəhrəmanlarımızın keçdiyi şərəfli yolu gələcək nəsillərə öyrətmək lazımdır. Bunun üçün keçmişimizi yaxşı öyrənməli və gələcək nəsillərə öyrətməliyik. Bu torpaqlar çox qəhrəmanlar yetişdirib. Birimiz gedərkən, minimiz gələrik”, - deyə səfir qeyd edib.
 
Filmin yaradıcı heyəti mükafatlandırıldıqdan sonra ekran əsəri tamaşaçılara təqdim edilib.




Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.923
GEL 1 1 Gürcüstan larisi 0.6449
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1951
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1837
CHF 1 1 İsveçrə frankı 1.6935
KWD 1 1 Küveyt dinarı 5.5962
TRY 1 1 Türkiyə lirəsi 0.3219