• şənbə, 20 Aprel, 08:45
  • Baku Bakı 14°C

Niyə daha çox oxumalı?!

19.01.15 11:09 1102
Niyə daha çox oxumalı?!
Nevroloqlar kitab oxumağın beyində bioloji dəyişikliklərə səbəb olduğunu iddia edir. “BrainConnectivity” jurnalında yayımlanan bir məqalənin müəllifləri kitabsevərlərin fikirlərinin haqlı olduğunu sübut etdi. Məqalə müəllifi nevroloqlar kitabların həqiqətən də həyatımızı dəyişdirdiyini bildirir. Məqalədə yazılanlara görə, hər gün daha çox qiraətlə məşğul olmaq, hadisələri və məkanları beyində canlandırmaq cəmi beş gün sonra beynin funksiyalarını sürətləndirir. Emori Universitetindən olan nevroloq komandası bunu sübut etmək üçün bir araşdırma aparıb. Araşdırmada iştirakçılardan eramızın 79-ci ilində sevdiyi qadını Vezuvi vulkanından xilas etməyə çalışan bir qəhrəmanın hekayəsinin qələmə alındığı tarixi “Pompey” əsərini oxumaq tələb olunub. İştirakçıların oxumağa başlamazdan əvvəl gündəlik fəaliyyətləri xırdalıqlarına qədər incələndikdən sonra araşdırmaya start verilib. Sonra isə bütün iştirakçılar 9 günə adı çəkilən romanı hissə-hissə oxuyublar. Araşdırmanın ilk günündən etibarın beynin sol yarımkürəsinin fəaliyyətinin sürətləndiyi təyin edilib. Üstəlik bu müddət ərzində iştirakçıların duyğu orqanlarının həssaslığı da artıb. “İştirakçıların fiziki hiss və hərəkətlərində müəyyənləşdirdiyimiz nevroloji dəyişikliklər roman oxumağın insanı bir növ baş qəhrəmanın tempi içərisinə saldığını göstərir”- deyə, araşdırmanın rəhbəri Qreqori Börnz bildirib.
banner

Oxşar Xəbərlər