• çərşənbə axşamı, 19 mart, 06:48
  • Baku Bakı 8°C

Niyazi Səfərov: Xüsusi iqtisadi zonalar və sənaye parklarının infrastrukturunun özəl sektor tərəfindən yaradılması təşviq ediləcək

22.01.18 11:30 2824
Niyazi Səfərov: Xüsusi iqtisadi zonalar və sənaye parklarının infrastrukturunun özəl sektor tərəfindən yaradılması təşviq ediləcək
İqtisadiyyat nazirinin müavini Niyazi SəfərovunTrend-ə və"Azernews"qəzetinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları ilə bağlı müsahibəsi
- Azərbaycanda fəaliyyət göstərən sənaye parkları hansılardır?
- Azərbaycan Prezidentinin 2011-ci il 21 dekabr tarixli, 548 nömrəli fərmanı ilə ölkədə innovativ və yüksək texnologiyalar əsasında rəqabət qabiliyyətii sənaye istehsalının inkişafı üçün münbit şərait yaradılması, bu sahədə sahibkarlığın dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Sumqayıt şəhərində Sumqayıt Kimya Sənaye Parkı və İqtisadiyyat Nazirliyinn tabeliyinndə parkın idarəedici təşkilatı olan "Sumqayıt Kimya Sənaye Parkı" MMC yaradılıb. Hazırda Sumqayıt Kimya Sənaye Parkının ərazisi 505,64 hektar təşkil edir.Azərbaycanda fəaliyyət göstərən sənaye parklarının rezidentləri qanunvericiliyə əsasən 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə ƏDV-dən və gömrük rüsumundan azad olunurlar.Sumqayıt Kimya Sənaye Parkında 15 müəssisəyə ("Azertexnolayn" MMC - polad və polietilen borular, iri diametrli qofralı polietilen borular, mexaniki avadanlıqlar və hidrotexniki avadanlıqların istehsalı, "SOCAR Polymer" MMC - polipropilen və yüksək sıxlıqlı polietilen istehsalı, "AzerFloat" QSC - termoformasiya metodu ilə şüşə istehsalı, "Azerbaijan Fibro Cement" MMC - fibro-sement lövhələrin istehsalı, "Bakı Əlvan Metallar və Ferroərintilər Şirkəti" MMC - Silisium və Kalsium, habelə ferrosilisium və ferrosilikomanqan istehsalı, "MST Engineering Services" MMC - yüksək təzyiqə davamlı xortum və fitinqlərin istehsalı, "Aqrokimya Azərbaycan" MMC - maye və toz halında pestisidlərin istehsalı, "Alco Lubricant" MMC - sintetik və yarı-sintetik sürtkü yağlarının istehsalı, "STDC" MMC - Məlumatların (datanın) emalı, qeydə alınması və ötürülməsi, "Azərxalça" ASC - yun əyirici-boyaq, "STP" MMC - müxtəlif təyinətlı sənaye məhsullarının istehsalı, "Tabaterra" QSC - siqaret istehsalı, SOCAR Karbamid Zavodu - azot gübrəsinin istehsalı və "Sumplast" MMC - plastik məmulatların istehsatı) Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.Azərbaycan Prezidentinin 2015-ci II 3 iyun tarixli 1255 nömrəli sərəncamına əsasən ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının təşkili və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Bakı şəhərinin Qaradağ rayonu ərazisində Qaradağ Sənaye Parkı yaradılıb. Qaradağ Sənaye Parkının bir rezidenti var, bu da "Bakı Gəmiqayırma Zavodu" MMC-dir.Azərbaycan Prezidentinin 2015-ci il 26 fevral tarixii 1077 nömrəli sərəncamı ilə Mingəçevir Sənaye Parkı yaradılıb. Mingəçevir Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmətlər göstərilməsi məqsədləri üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.Mingəçevir Sənaye Parkının hazırda bir rezidenti vər və bu da "Mingəçevir Tekstil" MMC-dir. Layihayə əsasən Mingəçevir Sənaye Parkında 2 iplik fabrikinin - "Ring" və "Open End" iplik fabrikləri tikilib istismara veriləcək ki, bunların illik istehsal həcmləri 20 min ton iplik olaraq nəzərdə tutulur. Avadanlıqlar Almaniya, İsveçrə, Yaponiya və Türkiyənin aparıcı şirkətlərindən alınacaq və adıçəkilən fabriklər Cənubi Qafqazda yüngül sənaye üzrə ən müasir fabriklərdən olacaq.Pirallahı Sənaye Parkı Azərbaycan Prezidentinin 2016-cı il 14 sentyabr tarixli 2336 nömrəli sərəncamı ilə yaradılıb. Əczaçılıq və dərman vasitələrinin istehsalı Parkın əsas fəaliyyət istiqamətinə daxildir. Hazırda Pirallahı Sənaye Parkının 3 ("Həyat Farm" MMC, "Diamed Co" MMC və "Caspian Pharmed" QSC) rezidenti qeydiyyatdan keçib.Təkrar istehsal sahəsində sahibkarlar və potensial investorlar üçün əlverişli şəraitin yaradılması məqsədilə "Bakı şəhərində Balaxanı Sənaye Parkının yaradılması haqqında" Azərbaycan Prezidentinin 28 dekabr 2011-ci il tarixli sərəncamı ilə Balaxanı qəsəbəsində 7 ha torpaq səhəsində Balaxanı Sənaye Parkı yaradılıb. Sərəncama əsasən "Təmiz Şəhər" ASC Balaxanı Sənaye Parkının idarəedici təşkilatı kimi müəyyən olunub.Balaxanı Sənaye Parkının yaradılması ölkəmizdə yüksək texnologiyalar əsasında rəqabətqabiliyyətli sənaye məhsullarının istehsalının genişləndirilməsi, qeyri-neft sektorunun, о cümlədən "yaşıl iqtisadiyyat'ın inkişafı, əhalinin istehsal sahəsində məşğulluğunun artırılması, Bakı şəhəri və ətraf qəsəbələrdə ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədinə xidmət edir.Hazırda Balaxanı Sənaye Parkında işlənmiş mühərrik yağlarının, tullantı plastik (PET) butulkaların, kağız-karton məmulatların, tullantı plastik materiallarının, süngər tullantılarının təkrar emalı sahələri üzrə qeydiyyata alınmış 9 rezident var və bunlardan 5 rezident artıq istehsal fəəliyyəti ilə məşğul olur. "Ekokat" MMC - işlənmiş mühərrik yağlarının emalı, "Az.Ekol." MMC plastik (PET) butulkaların təkrar emalı, fərdi sahibkar Eminov Etibar (Çapar Poliqraf) - tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsullarının istehsalı, "METAK" MMC tullantı-plastik məmulatların təkrar emalı, "FORİELLA" MMC süngər tullantılarının təkrar emalı ve mebel istehsalı ilə məşğul olurlar.
- Gələcəkdə yaradılması planlaşdırılan parklar da varmı?
- Azərbaycan Prezidentinin 2014-cü il 26 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında sənayenin inkişafina dair 2015-2020-ci illər üçün Dövlət Proqramı"nın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq Azərbaycan İqtisadiyyat Nazirlİyi tərəfindən regionlarda sənaye zonalarının qurulması istiqamətində mütəmadi iş apanlır.Eyni zamanda, Azərbaycan Prezidentinin 2016-cı il 6 dekabr tarixli 1138 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi"nin tədbirlər planında ölkədə kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə regionlarda sənaye zonalarının yaradılması nəzərdə tutulub.Sözügedən sənədə əsasən Azərbaycanda mövcud olan sənaye zonaları dövlət tərəfindən dövlət vəsaiti hesabına yaradılıb. Bununla əlaqədar olaraq, gələcəkdə xüsusi iqtisadi zonalar, sənaye parkları və məhəllələrinin infrastrukturunun özəl sektor tərəfindən özəl kapital hesabına yaradılması təşviq ediləcək.
- Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatına necə təsir edir?
- Ümumilikdə beynəlxalq təcrübəyə əsasən sənaye parklarının yaradılması ölkə iqtisadiyyatında ixracın həcminin çoxalması, idxalı əvəz edən məhsulların istehsalının və məhsulların rəqabət qabiliyyətinin artması, məşğulluğun təmin edilməsi, investisiyaların və müasir texnologiyaların cəlb edilməsi kimi prioritet vəzifələrin həyata keçirilməsində xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan yanaşıldığında ölkəmizdə yaradılan sənaye parkları da yuxarıda qeyd edilən məqsədlərə xidmət etməkdədir.Ölkəmizdə sənaye zonalarının təşkili qeyri-neft sektorunun davamlı inkişafı, ölkə iqtisadiyyatının ixrac qabiliyyətinin, eləcə də rəqabətqabiliyyətli məhsulların istehsalının artırılması, məşğulluğun təmini kimi mühüm məsələlərin inkişafını stimullaşdıracaq. Sənaye parklarının yaradılması ölkə iqtisadiyyatının tarazlı inkişafının təmin edilməsini nəzərdə tutan siyasətin bir hissəsidir.Azərbaycandakı sənaye parklarında vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi, sənaye parkının infrastrukturla təmin edilməsi, torpaq sahəsinin icarə haqqının aşağı həddə müəyyən edilməsi, güzəştli kreditlərin verilməsi və inzibati prosedurların sadələşdirilməsi yolu ilə sənayeləşmə siyasətinin həyata keçirilməsi şübhəsiz ki, ölkə iqtisadiyyatının inkişafına müsbət təsir göstərəcək.
- Sənaye parkları idxalı azaltmağa və ixracı artırmağa nə dərəcədə kömək olacaq?
- Hazırda ölkənin qarşısında duran əsas çağırışlardan biri iqtisadiyyatın ixracyönümlülüyünün təmin edilməsi və idxalın əvəzlənməsidir. Bunun üçün əsas hədəf yerli istehsalın rəqabətqabiliyyətinin artırılmasıdır. Rəqabətqabiliyyətinin artırılması yalnız səmərəli rəqabət mühitinin bazarda formalaşdırdığı rəqabət təzyiqi vasitəsilə mümkündür. Belə ki, bazar subyektləri arasında rəqabət təzyiqi məhsuldarlığın və iqtisadi səmərənin artmasına, texnologiya və innovasiyaların geniş tətbiqinə şərait yaradır. Ölkəmizdə yaradılan sənaye parklarının da bu məqsədlərə xidmət edəcəyi nəzərdə tutulur. Sənaye parklarında yer alan və gələcəkdə fəaliyyətə başlaması nəzərdə tutulan sənaye müəssisələrində hazırda ölkəmizin ən çox istehlak etdiyi, eyni zamanda idxal etdiyi sənaye məhsullarının istehsalı nəzərdə tutulur. Burada istehsal olunan sənaye məhsullarının ölkənin tələbatını ödəməklə yanaşı, gələcəkdə ixrac olunması da nəzərdə tutulur ki, bu da öz novbəsində, ölkənin xarici ticarət balansına öz müsbət töhfəsini verəcək.
banner

Oxşar Xəbərlər