• cümə, 29 Mart, 15:20
  • Baku Bakı 14°C

Niyazi Səfərov: Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq

06.02.18 13:10 739
Niyazi Səfərov: Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq
Sənaye zonaları Azərbaycanın hər bir regionunda yaradılacaq.
Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Sənayedə yerli xammalın istifadəsi ilə idxalı əvəz edən istehsalın genişləndirilməsinə həsr olunmuş konfransda çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, sənaye ölkə iqtisadiyyatının inkişafında böyük rol oynayır: "Qeyd etmək lazımdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Azərbaycanda beş sənaye parkı və dörd sənaye məhəlləsi yaradılıb. Gələcəkdə onların sayının artırılması və Azərbaycanın hər regionunda yaradılması planlaşdırılır”.
banner

Oxşar Xəbərlər