Niyazi Bayramov VII Qlobal Bakı Forumda iştirak edir - Fotolar
Azərbaycanın paytaxtında Prezident İlham Əliyevin himayəsi
və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı
Forumu işə başlayıb.
Martın 16-dək davam edəcək VII Qlobal Bakı Forumunun işində 55 ölkədən
500-dən çox nümayəndə iştirak edir. "Dünyanın yeni xarici siyasəti” mövzusunda
keçirilən Foruma hazırda fəaliyyətdə olan 5 prezident, 1 baş nazir, 2 baş
nazirin müavini, 42 sabiq dövlət başçısı və baş nazirlər, çoxsaylı analitiklər,
jurnalistlər, gənc liderlər toplaşıblar
Artıq ənənəvi mötəbər tədbirə çevrilən Qlobal Bakı Forumda Gəncə şəhər
İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və millət vəkili Naqif Həmzəyev də
iştirak edirlər.
Niyazi Bayramov və Naqif Həmzəyev Forum çərçivəsində qonaqlarla
görüşüb, ölkələrimiz arasında dostluq münasibətlərindən dünyada sülhə,
anlaşmaya istiqamətlənən VII Qlobal Bakı Forumunun əhəmiyyətindən danışıblar.
Söhbət əsnasında ölkəmizin beynəlxalq birliyə təqdim olunması baxımından vacib əhəmiyyət
daşıyan Forumun beynəlxalq və regional məsələlərin müzakirəsi baxımından vacib
platforma olduğu diqqətə çatdırılıb.
Forum iştirakçıları beynəlxalq tədbirlərin keçirilməsində zəngin təcrübə
toplayan Azərbaycanın VII Qlobal Bakı Forumuna da uğurla ev sahibliyi etdiyini
qeyd edib, tədbirin yüksək səviyyədə təşkilinə görə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevə minnətdarlığlarını
bildiriblər.