AZE | RUS | ENG |

Niyazi Bayramov vətəndaşların müraciətlərinə baxıb

Niyazi Bayramov vətəndaşların müraciətlərinə baxıb
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov vətəndaşları qəbul edib. Şəhər rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, şikayət və təkliflərini dinləyib. Bəzi problemlərlə is şəhər rəhbəri elə yerində tanış olub.
Müraciətlər əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, su xəttlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı olub.
Sakinlərin müraciətlərini dinləyən şəhər rəhbəri, dilə gətirilən problemlərin araşdırılaraq aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib.
Vətəndaş qəbulunda iştirak edərək sakinlər adından öz şikayətini dilə gətirən Rəxşəndə Verdiyevanın səsləndirdiyi problemlə isə şəhər rəhbəri elə yerində tanış olub. Rəxşəndə Verdiyeva Məhsəti Qəsəbəsi, 8-ci küçədə su-kanalizasiya xəttinin olmamasından şikayətlənib. Niyazi Bayramov Kəpəz Rayon İcra Hakimiyyətinin, Memarlıq və Tikinti, habelə Şəhər Təsərrüfatı şöbələrinin rəhbər şəxslərilə birlikdə əraziyə  baxış keçirib. Burada sakinlərlə söhbət edən Niyazi Bayramov, bir neçə vətəndaşın evinə də baş çəkib. Buradakı vəziyyətlə yaxından tanış olan, məsələ ilə bağlı aidiyyatı şəxslərlə elə yerində müzakirə aparan şəhər rəhbəri, movcud problemin qısa zamanda aradan qaldırılması üçün tapşırıqlar verib.

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9164
GEL 1 1 Gürcüstan larisi 0.6204
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1547
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1791
CHF 1 1 İsveçrə frankı 1.7099
KWD 1 1 Küveyt dinarı 5.5942
TRY 1 1 Türkiyə lirəsi 0.2892