• cümə, 26 Aprel, 13:02
  • Baku Bakı 23°C

Niyazi Bayramov sakinlərlə görüşüb - Fotolar

17.04.19 14:53 499
Niyazi Bayramov sakinlərlə görüşüb - Fotolar
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsmət Qayıbov küçəsinin sakinlərilə görüşüb. Şəhər rəhbəri onları narahat edən məsələlərlə maraqlanıb, şikayət və təkliflərini dinləyib.

Görüşdə iştirak edən sakinlər şəhərdə aparılan abadlıq və quruculuq işlərinə görə öz minnətdarlıqlarını bildirib, müraciətlərini səsləndiriblər. Müraciətlər əsasən işlə təminat, torpaq sahəsinin ayrılması, fərdi yaşayış evinin təmiri, istismar müddətini başa vuran ictimai nəqliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi, su xəttlərinin yenilənməsi, əsas və ara küçələrin asfaltlanması ilə bağlı olub.

İşlə bağlı müraciət edən vətəndaşlar müvafiq olaraq Kəpəz və Nizami Rayon Məşğulluq İdarələrinə yönləndiriliblər. Toraq sahəsi ilə təmin olunmaq istəyən vətəndaşlara isə bələdiyyələrə müraciət etmələri tövsiyyə olunub.

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov bildirib ki, Gəncənin su-kanalizasiya sisteminin yenidən qurulmasını hədəfləyən layihə davam edir. Şəhərin əksər küçələrinin asfalt örtüyü yenilənir, səkiləri səligələyə salınır. İstismar müddətini başa vuran ictimai nəqəliyyat vasitələrinin yeniləri ilə əvəzlənməsi üçün də müəyyən addımlar atılıb. Gəncəyə yeni "Elektrobus”ların gətirilməsi istiqamətində danışıqlar aparılır.

Sakinləri narahat edən digər bir sıra məsələlər də şəhər rəhbərinin diqqətinə çatdırılıb. Dilə gətirilən bir çox məsələ yerincədə öz həllini tapıb, bəzi problemlərin araşdırılaraq aradan qaldırılması istiqamətində idarə və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

banner

Oxşar Xəbərlər