• cümə axşamı, 25 aprel, 20:39
  • Baku Bakı 21°C

Niyam Səlamidən yeni mahnı: “Çağırma məni”

11.06.14 13:40 1141
Niyam Səlamidən yeni mahnı: “Çağırma məni”
Müğənni Niyam Səlami “Çağırma məni” adlı yeni mahnısını dinləyicilərin ixtiyarına verib. Kaspi.az-ın məlumatına görə, müğənnin ifa etdiyi yeni bəstənin musiqisi Ceyhun Əliyev, sözləri Azər Şirinə məxsusdur.
Yaradıcılığındakı yenilikdən danışan müğənni bildirib ki, mahnıya ekran həyatı verməyi düşünür: “Azərbaycanda ən çox güvəndiyim rejissor Anar Hüseynovdur. Düşünürəm ki, yeni klipim fərqli olmalıdır. Bunun üçün bir qədər zaman lazımdır. Çəkilişlər Bakıda fərqli məkanlarda və Qaradağda aparılacaq. Bütün yaradıcı işlərim müştərək fikirlər əsasında ərsəyə gəlir. Burada da öz fikirlərimi bildirəcəm. Süjet xəttində özüm olmayacam. Çünki süjet xəttində özüm görünməyi sevmirəm. Ancaq onu deyə bilərəm ki, bu dəfə qız oğlanın arxasınca düşür. Klipdə professional model xanım çəkiləcək. Hazırda seçim gedir”.
Mahnını bu linkdən dinləyə bilərsiniz:
http://www.youtube.com/watch?v=G_Tz7Q27eZ8&feature=youtu.be
banner

Oxşar Xəbərlər