• cümə, 19 Aprel, 18:31
  • Baku Bakı 24°C

“Niva”dakı radara polisdən rəsmi - Reaksiya

04.04.14 19:00 1395
“Niva”dakı radara polisdən rəsmi - Reaksiya
Bu gün mediada yayılan yol polisinin “Niva” markalı maşında radar qurması ilə bağlı videoya rəsmi açıqlama verilib.
Baş Dövlət Yol Polis İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev “Qafqazinfo”ya açıqlamasında bildirib ki, «Yol Hərəkəti Hаqqındа» Аzərbаycаn Rеspublikаsı Qаnunun, еləcə də DYP-nin хidməti fəаliyyətini nizаmlаyаn hüquqi normаtiv аktlаrın tələblərinə müvаfiq olаrаq, yol hərəkətinə nəzаrət gizli, аşkаr və qаrışıq formаdа həyаtа kеçirilir. «Yol-pаtrul xidməti hаqqındа» Təlimаtа əsаsən nəqliyyаt vаsitələrinin hərəkətinə gizli nəzаrəti həyаtа kеçirən DYP əməkdаşlаrı mülkü və ya xidməti geyim formasında olmаqlа хidmət аpаrdığı ərаzidə аvtomаtik işləyən хüsusi ölçü cihаzlаrındаn (radar) istifаdə еdə, zərurət yаrаndığı hаldа isə bu cihаzlаrın yеrini dəyişə bilərlər.
““Yol Hərəkəti Hаqqındа” qanunun 50-ci maddəsinə uyğun olaraq yollarda nəqliyyat vasitələrinin hərəkət sürətinin ölçülməsi üçün nəzərdə tutulan mobil və ya stasionar xüsusi texniki vasitələrdən (radarlardan) qabaqda radarın mövcudluğu barədə məlumat vermək məqsədilə 6.14 “İnformasiya stendi” servis nişanı və əlavə məlumat nişanı, yaxud həmin yolda icazə verilən sürət həddini göstərən 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” nişanı quraşdırılmalıdır. Belə servis nişanı və ya 3.24 nişanı yaşayış məntəqələrindən kənarda müvafiq radardan 150-1000 metr qabaqda, yaşayış məntəqələrində isə 50-200 metr qabaqda quraşdırılır.
Onu da bildirirəm ki, bu qayda pozuntusuna görə sürücülər inzibati xətanın mövcudluğu ilə razılaşdıqda cəriməni yerində yalnız plastik kart vasitəsi ilə Pos-terminalla və ya stasionar postlardakı bank köşklərinə nəğd şəkildə ödəyə bilərlər. Sürücü qayda pozuntusu ilə razılaşmadıqda barəsində inzibati xəta haqqında protokol tərtib edilir və baxılması üçün onun qeydiyyatda olduğu ünvan üzrə DYP hissəsinə göndərilir.
Qeyd edim ki, bu gün respublikada baş verən ən ağır yol qəzalarının səbəbi məhz nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunmasıdır və bu hadisələrin qarşısının alınması üçün DYP-nin istifadəsində olan yeganə texniki vasitə radardır. Radarların sayəsində son 2 ildə yüksək sürət səbəbindən baş verən qəzaların statistik sayı 45 faizdən 28-ə enib. Bu isə onlarla insan ölümünün, yezlərlə insanın yaralanmasının qarşısının alınması deməkdir”.
banner

Oxşar Xəbərlər