• şənbə, 20 Aprel, 16:24
  • Baku Bakı 23°C

Nişanlı qız özünü asdı

09.05.13 11:17 1839
Nişanlı qız özünü asdı
APA-nın məlumatına görə, hadisə rayonun Bədəli kəndində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Şeydayeva Cənnət Cümşüd qızı yaşadığı evin həyətindəki tövlənin ot çardağında özünü kəndirlə asaraq intihar edib.
Üç aydır nişanlı olan Cənnət Şeydayevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Ölümün səbəbinin müəyyən edilməsi üçün məhkəmə tibbi ekspertiza təyin edilib. Meyit daxili müayinə olunub. Faktla bağlı Qobustan Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
banner

Oxşar Xəbərlər