• cümə, 29 Mart, 13:34
  • Baku Bakı 14°C

Nikolay Bordyuja: “KTMT kollektiv aviasiya qüvvələri yaradır”

21.01.14 15:01 1225
Nikolay Bordyuja: “KTMT kollektiv aviasiya qüvvələri yaradır”
Kollektiv aviasiya qüvvələri layihəsinin razılaşdırılması yaxın vaxtlarda başa çatacaq, yeni struktura isə ilk növbədə nəqliyyat aviasiyası daxil olacaq.
APA-nın “RİA Novosti”yə istinadən xəbərinə görə, bunu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja bu gün keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu kollektiv qüvvələrin tərkibinə üzv dövlətlərin hamısı müvafiq bölmələr ayıracaq: “Döyüş aviasiyası isə Baş Qərargah rəislərinin razılaşdırdığı kimi, operativ reaksiya kollektiv qüvvələrinin tərkibinə daxil ediləcək”.
Qeyd edək ki, KTMT 15 may 1992-ci ildə imzalanmış Kollektiv Təhlükəsizlik Müqaviləsi əsasında yaradılmış hərbi-siyasi ittifaqdır. KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Ermənistan daxildir. Serbiya və Əfqanıstan KTMT-də müşahidəçi statusuna malikdir.
banner

Oxşar Xəbərlər