• cümə, 19 Aprel, 18:43
  • Baku Bakı 24°C

Nikola Sarkozi Qatar fondlarından pul almaqda ittiham olunur

04.08.17 11:30 616
Nikola Sarkozi Qatar fondlarından pul almaqda ittiham olunur
Fransada prokurorluq Qatar fondlarından pul almaqda şübhəli bilinən sabiq prezident Nikola Sarkozi haqqında təhqiqata başlayıb.
APA-nın "Daily Telegraph”a istinadən verdiyi məlumata görə, 62 yaşlı siyasətçi pul müqabilində 2022-ci il futbol üzrə dünya kubokunun ev sahibliyi hüququnun Qatara verilməsinə kömək edib. Bundan başqa, N. Sarkozi Fransanın "Veoliai” şirkətində pay sahibi olmaq istəyən "Qatari Diar” şirkətinə də yardımçı olub.
Xatırladaq ki, N. Sarkozi öz seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsində də ittiham olunur. O, Liviyanın sabiq lideri Müəmmər Qəddafidən milyonlarla dollar rüşvət almaqda şübhəli sayılır.
banner

Oxşar Xəbərlər