AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

“Nikol Paşinyanı hakimiyyətdən qovacağıq”

“Nikol Paşinyanı hakimiyyətdən qovacağıq”

Siyasət
13 İyul 2020, 18:57 403
Keçmiş səfirdən Ermənistan rəhbərliyinin ünvanına sərt ittihamlar
 
"Mən mübarizəni dayandırmamışam, vəd vermişdim və indi də verirəm ki, sizinlə birlikdə Nikol Paşinyanı Ermənistanda hakimiyyəti idarə etməkdən qovacağıq. Nikol o postu tutmaqla öz şöhrətini gücləndirir, pul toplayır. Bu, Ermənistanın və xalqının məhvidir”. Bu sözləri özünün yeni videomüraciətində Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan sosial şəbəkə istifadəçilərinin suallarını cavablandırarkən bəyan edib. Sosial şəbəkə istifadəçisi Liana Xaçatryan ona ünvanlanan sualda nə üçün videomateriallar yaymağı dayandırdığını və mübarizədən çıxdığını soruşub. Eləcə də, ondan Nikolla razılaşmaya gedib-getmədiyini  açıqlamağı xahiş edib. "Mən Nikol Paşinyanla razılaşmaq hüququna malik deyiləm. O, mənə Romada təklif irəli sürəndə və yanıma adam göndərəndə razılaşmaya gedə bilərdim. Lakin getmədim”, - deyə o bildirib.
L.Xaçatryanın Ermənistanda koronavirusun nə vaxt başa çatacağı barədə sualı cavablandıran Minasyan bildirib ki, bu pandemiya başa çatmayacaq. Çünki, dövlət bununla məşğul olmaq istəmir. "Nikol Paşinyan heç vaxt koronavirusla məşğul olmayıb. O, koronavirusu özünün yaxın dostuna çevirib. İnsanların əvvəlki gündən fərqli olaraq günbəgün pis yaşadıqlarını izah edə bilmir. Bu suala cavab yoxdur. Koronavirus heç bir əhəmiyyət kəsb etmir. Çünki, Nikol Paşinyan Ermənistanın iqtisadi inkişafını məhv edib və bunu koronavirusa qədər edib. Bundan əlavə, Nikol Paşinyan bu dövrü parlamentdə özünə uyğun qanunlar keçirmək üçün istifadə etməyə çalışır. Bu qanunların nə koronavirusla, nədə ki, iqtisadiyyatnan əlaqəsi yoxdur. Əlavə edib ki, məsələn, biabırçı antierməni Latsarotsk konvensiyasını götürək. Bu konvensiyanın koronavirusla heç bir bağlılığı yoxdur. Onun sözlərinə görə, Nikol Paşinyan və onun komandasının ucbatından Ermənistanda koronovirusdan 700 nəfər ölüb. "Mən 700-dən artıq insanın ölümünə səbəb olan bir insanla razılaşa bilmərəm. Mən öz günahlarımla gecələr azad gəzə bilərəm. Mənim vicdanım təmiz və sakitdir. Nikol Paşinyanı müdafiə etməyə çalışan insanlar yadda saxlamalıdırlar: siz qatili müdafiə edirsiniz. Onun sayəsində xeyli insan dünyasını dəyişib. Təsəvvür edin bütöv bir kəndin sakini qətlə yetirilib. Nə qədər ki, Nikol Paşinyan var - tunelin sonunda işıq görünmür”, - deyə o əlavə edib. M.Minasyan onu da deyib ki, inqilabi mətbəxdən pis qoxu gəlir. "Bu proses bizi gələcəyimizdən məhrum edir. Biz bu pis qoxulu borşu evlərimizdən çıxarmalıyıq”, - deyə Minasyan qeyd edib.
Son məlumatlara görə, dünən Ermənistan hökuməti ölkədəki fövqəladə vəziyyəti daha bir ay uzadıb. Martda koronavirus pandemiyasına görə tətbiq olunmuş fövqəladə vəziyyət artıq dördüncü dəfədir uzadılır. Fövqəladə vəziyyət hakimiyyətə ictimai yerlərdə insanları maska taxmağa, virusa qarşı digər tədbirlərə məcburi etmək imkanı verir. Hökumətin xüsusi iclasında baş nazir deyib ki, mövcud qanunvericilik hökumətin pandemiya ilə effektiv mübarizəsi üçün başqa yol qoymur. Pasşinyan onu da əlavə edib ki, hökumət avqustun 12-dən sonra fövqəladə vəziyyəti uzatmadan virusla mübarizəni mümkün edəcək qanunvericilik dəyişiklikləri planlaşdırır. Fövqəladə vəziyyətin uzadılması parlamentdə müzakirə olunmalıdır.
3 milyonadək əhalisi olan Ermənistanda koronavirusa 32 mindən çox yoluxma təsdiqlənib, 573 nəfər vəfat edib.
Öz növbəsində "Qolos Armenii” də hazırkı hakimiyyətin biabırçı fəaliyyətinə geniş yer ayırıb. Qeyd edilir ki, Vaqe Kazaryan polis rəisi təyin edildikdən sonra vətəndaşlara qarşı sərt cəza tədbirləri sosial şəbəkələr və televiziyaları bürüyüb. Videoroliklərdən birində polis əməkdaşının yaşlı insanları necə döyməkləri əks olunub. Eləcə də, Mərkəzi Bank qarşısında keçirilən aksiya zamanı da zorakılıqlara yer verilib. Müşahidəçilərin qənaətincə, bütün bunlar təsadüfi deyil, insanları qorxutmağa xidmət edir. Qəzet yazır ki, bu gün Paşinyan və onun ətrafı tam əmin olublar ki, iqtisadiyyata xarici investisiyalar olmayacaq. Söhbət "Amulsar” yatağının işlənməsindən gedir. Nikol Paşinyan payıza qədər bu yatağın işə salınmasına çalışır. Mütəxəssislər hökumət aparatındakı mənbələrə istinadən bildirirlər ki, Paşinyanın yatağı işə salmaqdan başqa yolu yoxdur. Lakin o, ekoloqları və yerli sakinləri qovmaq üçün irimiqyaslı polis əməliyyatı keçirməli olacaq. Nikol belə bir əməliyyatı keçirməkdən qorxur - çünki, ağlasığmaz nəticələrə gətirib çıxara bilər. İstisna deyil ki, siyasi müxalifət "Amulsarı” müdafiə edənlərin tərəfində dura bilər və bu da vətəndaş itaətsizliyinə, vətəndaş müharibəsinə gətirib çıxara bilər. Hakimiyyət tərəfindən hər hansı bir zorakılıq əhalinin artan narazılığı şəraitində bütün ölkə boyu kütləvi etirazlara gətirib çıxara bilər. Paşinyan da bunu başa düşür, lakin başqa çıxış yolu da yoxdur.
 
Azər NURİYEV