• şənbə, 20 Aprel, 10:54
  • Baku Bakı 14°C

Nikol Paşinyan: “Koçaryan və Sarqsyan mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmalıdır”

12.09.18 10:22 345
Nikol Paşinyan: “Koçaryan və Sarqsyan mənimsədikləri pulları könüllü olaraq dövlətə qaytarmalıdır”
"Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətdə olduqları zaman topladıqları pulları könüllü olaraq dövlətə qaytarmalarını təklif edirəm”.
"Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan "Mənim addımım” mitinqində bildirib.
Hökumət başçısı deyib ki,R.Koçaryan və S.Sarqsyan böyük var-dövlətə sahibidirlər:"Onların həmin pulları dövlətə qaytarmalarını təklif edirəm. O zaman biz meydana toplaşıb, həmin var-dövlətin taleyini həll edərik”.
Onun sözlərinə görə, Serj Sarqsyanın qardaşı Aleksandr (Saşik) Sarqsyanın banklarda 30 milyon dollar pulu var: "Ona bu pulları dövlətə qaytarmağa təklif edirəm”.
N.Paşinyan Ermənistan Polisinin və Milli Təhlükəsizlik Xidmətinin rəislərinə məmur və oliqarxlarla bağlı reyd keçirməyi tapşırıb: "Polisə və Milli Təhlükəsizlik Xidmətinə yüksək rütbəli məmurlar və oliqarxlarla bağlı reyd keçirməyi, onların cangüdənlərini asfalta uzadıb, tərksilah etməyi tapşırıram. İki saatdan sonra nəticəni məruzə edin. Bütün bu xüsusi xidməti və qanunsuz silahlı qrupları aşkarlayıb, məhv edin. Əks halda yenidən kamuflyaj geynib, küçələrdə səliqə-sahman yaradacam. Bütün həbslərin məsuliyyətini üzərimə götürürəm. Serj Sarqsyan və Robert Koçaryan, siz xalqa qarşı çıxış etdiniz. Baxın, xalqın cavabı necə olacaq”.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, R.Koçaryan və S.Sarqsyanının, eləcə də onların ailə üzvlərinin böyük var-dövləti var: "Bunların siyahısını yaxın zamanda açıqlayacağıq. O, (Robert Koçaryanı nəzərdə tutur)televiziyada çıxışı zamanı heç nəyi olmadığını deyir. Ancaq bizdə onun var dövlət və aldığı rüşvətə dair faktlar var. Məsələn, "Konqres” mehmanxanasında 6 milyon dollar məbləğində rüşvəti necə alıb. Bütün bunlar barədə əlimizdə əsaslı dəlil-sübutlar var. Robert Koçaryan ailəsinin "Konqres” mehmanxanasına yiyələnmələrini təsdiqləyən sənədlər mövcuddur. Onun və ailəsinin necə varlanmasını, pullanmasını təsdiqləyən mənbələr var”.
O, R.Koçaryan və S.Sarqsyanın 100 milyon dollar məbləğində çirkli pulları necə yumasından da danışıb: "Bu məbləğin 50 faizi Saşikə, 50 faizi isə Robertə çatıb. Həmin məbləğlərin hansı banklarda olduğunu bilirik”.
banner

Oxşar Xəbərlər