• cümə axşamı, 28 mart, 17:57
  • Baku Bakı 16°C

Nikol Paşinyan: "Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir"

23.04.18 22:02 736
Nikol Paşinyan: "Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir"
Ermənistanda yeni parlament seçkiləri keçirilməlidir.

APA-nın "news.am”-a istinadən verdiyi xəbərə görə, bunu etirazçı hərəkatın rəhbəri, Ermənistan parlamentinin deputatı Nikol Paşinyan bəyan edib.

Onun sözlərinə görə, baş nazirSerj Sarkisyanvəzifəsindən istefa verdikdən sonra gündəmdə bir sıra məsələlər var.
"Növbəti addım kimi parlament xalqın seçdiyi baş naziri təyin etməlidir. Bu bir həftədən sonra baş tutacaq. Ona kimi müvəqqəti hökumət formalaşmalı, sonra isə növbədənkənar parlament seçkiləri keçirilməlidir ", deyə N. Paşinyan qeyd edib.

Qeyd edək ki, bu gün Ermənistan prezidenti Armen Sarkisyan hökumətin istefasını qəbul edib. Baş nazirin birinci müavini Karen Karapetyan müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin olunub.
banner

Oxşar Xəbərlər