• cümə axşamı, 28 mart, 15:51
  • Baku Bakı 16°C

“Nikoil Bank” bağlanmış dörd filialının müştərilərinə müraciət edib

08.09.16 18:37 1060
“Nikoil Bank” bağlanmış dörd filialının müştərilərinə müraciət edib
"Nikoil Bank” bağlanmış dörd filialının müştərilərinə müraciət edib.

Bankdan "APA-Economics”ə bildirilib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının qərarı ilə 06.09.2016 tarixində "NİKOYL" İKB ASC-nin 1 saylı, 2 saylı, 9 saylı və 13 saylı filiallarının lisenziyası geri çağırılıb: "NİKOYL" Bank tənzimləyici orqanların qərarlarına həmişə olduğu kimi hörmətlə və anlayışla yanaşır. Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən qəbul edilmiş qərara reaksiya olaraq Bank dərhal dörd satış nöqtəsini bağlayıb. Bankın rəhbərliyi baş verənlərə görə çox təəssüflənsə də, bu qərarı müştərilərlə işləmə sisteminin yeni mərhələsi kimi dəyərləndirir. Rəhbərlik dəyişikliyindən sonra "NİKOYL" Bank filial şəbəkəsinin və xərclərinin ptimallaşdırılması ilə fəal məşğul olmağa başlayıb. Bank həmçinin texnoloji inkişafın artırılmasına və maliyyə davamlılığına investisiya qoymağa hazırlaşır. Cari ilin 31 avqust tarixində Moskva şəhərində "NİKOYL" İnvestisiya-Kommersiya Bankı səhmdarlarının növbədənkənar yığıncağı keçirilmişdir və Bankın nizamnamə kapitalının 60 mln. manat məbləğində artırılması qərarı qəbul edib. Qeyd etmək lazımdır ki, "NİKOYL" bank səhmdarlarının bu qərarından sonra bankın nizamnamə kapitalı 94 mln. 500 min manat təşkil edəcək. Və bu gün Bank tərəfindən növbəti 10 mln. ABŞ dolları məbləğində tranş qəbul edilib”.

"NİKOYL" Bank öz müştərilərinə müraciət edərək bildirir ki, ləğv olunmuş filialların bütün fəaliyyətləri 3 saylı,5 saylı və 11 saylı filiallar arasında paylanacaq.

1 saylı və 13 saylı filialların müştərilərinə - Bakı şəhəri, Səməd Vurğun küç. 166 ünvanında yerləşən 3 saylı filialında xidmət göstəriləcək.

2 saylı filialın müştərilərinə - Bakı şəhəri, Hüseyn Cavid pr. ev "A” ünvanında yerləşən 11 saylı filialında xidmət göstəriləcək.

9 saylı filialın müştərilərinə - Bakı şəhəri, AZ 1025, Xocalıpr. 24 ünvanında yerləşən 5 saylı filialında xidmət göstəriləcək.

Qeyd edək ki, "Nikoil Bank” əhaliyə milli və xarici valyutada həyata keçirilən hesablaşma, kredit, kart, zəmanət, banklararası, sənədli və digər əməliyyatların da daxil olduğu xidmətlərin tam paketini təklif edən universal maliyyə-kredit təşkilatıdır. Bankın bütün məhsulları, aksiyaları və xüsusi təklifləri barədə məlumatı korporativwww.nikoil.azsəhifəsinə daxil olaraq və ya (012)981 qısa nömrəsi ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.
banner

Oxşar Xəbərlər