• şənbə, 20 Aprel, 09:57
  • Baku Bakı 14°C

Nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində bu xəstəliklə doğulanların sayında azalma var

05.05.18 11:50 818
Nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində bu xəstəliklə doğulanların sayında azalma var
Hemofiliya problemi 18 yaşdan yuxarı xəstələrin iş tapmasına çətinliklər törədir.
Trend-in məlumatına görə, bunu Respublika Talassemiya Mərkəzinin direktoru Valeh Hüseynov deyib.
Onun sözlərinə görə, hemofiliyalı gənclər iş üçün müraciət etdikdə onları işə qəbul etməkdən çəkinirlər: "Müraciət etdikləri qurumlarda xəstəlikləri barədə öyrənəndə hansısa problemin yaranacağından qorxaraq onları işə qəbul etmirlər. Bu, düzgün yanaşma deyil. İnanırıq ki, maarifləndirmə tədbirləri sayəsində insanlar belə fikirlərdən daşınacaq, xəstəlikdən əziyyət çəkənlərin işlə təmin olunmasına kömək edəcəklər".
V.Hüseynov bildirib ki, son üç ildə qəbul olunan bir sıra dövlət proqramları, həmçinin nikahdan öncə cütlüklərin müayinə edilməsi nəticəsində 2017-ci ildə bu xəstəliklə dünyaya gələnlərin sayında ciddi azalma müşahidə edilib.
Son illər aparılan işlər sayəsində xəstəlikdən əziyyət çəkənlərin çoxunun yaş həddi 20-dən yuxarı qalxıb. Hazırda mərkəzdə yaşı 18-dək olan təxminən üç minə yaxın uşaq qeydiyyatdadır.
banner

Oxşar Xəbərlər