• çərşənbə axşamı, 23 aprel, 10:15
  • Baku Bakı 20°C

Nikah üçün elektron müraciət xidməti təqdim edildi

31.07.13 14:04 1786
Nikah üçün elektron müraciət xidməti təqdim edildi

APA-nın məlumatına görə, “Nikah qeydiyyatı üçün elektron müraciət” adlanan bu yeni xidmət vasitəsilə ailə qurmaq istəyən şəxslər nikaha daxil olmaq üçün ərizəni əlavə vaxt sərf etmədən, onlayn qaydada qeydiyyatdan keçərək verə bilərlər.
Nikah qeydiyyatı üçün ərizəni, hər iki tərəf özlərinə aid olan məlumatları (adı, soyadı, ata adı, yaşayış yeri, təhsili, milliyyəti, vətəndaşlığı, iş yeri və vəzifəsi və s) daxil edərək onlayn şəkildə, rahat, qısa vaxt ərzində, əlavə vaxt sərf etmədən və olduqları yerləri tərk etmədən verə bilərlər. Uğurla qeydiyyatdan keçən şəxslərin nikahı 1 aydan sonra ərizəçilərin seçdiyi saatda bağlanılacaq.
banner

Oxşar Xəbərlər