AZE | RUS | ENG |

Nigeriyanın televiziya ulduzları Azərbaycanın milli geyimlərində - Fotolar

Nigeriyanın televiziya ulduzları Azərbaycanın milli geyimlərində - Fotolar
Nigeriyadan olan çəkiliş qrupu Azərbaycana gəlib. "Kaspi”-nin məlumatına görə, çəkiliş qrupu ölkəmiz, onun tarixi, ənənələri, mədəniyyəti, dəbi, turizm və mətbəxi haqqında  silsilə verilişlər hazırlayacaq. Verilişlər (13 buraxılış) Nigeriyanın və Afrika ölkələrinin 10-dan çox telekanalında təqdim ediləcək. Layihənin təşkilatçısı Nigeriyadan olan həmyerlimiz, Beynəlxalq Qadın Təşkilatının meneceri, Azərbaycan-Nigeriya Dostluq Cəmiyyətinin rəhbəri Billurə Bayramovadır.
Silsilə verilişlər may-iyul aylarında Afrika ölkələrinin televiziya ulduzları Cina Exikodiojo və Cennifer Centetin (Fransa vətəndaşı)  hazırladığı populyar "Foodies anad Spice" və "Lives of Nigerians in Diaspora" televiziya verilişləri çərçivəsində yayımlanacaq. Afrikalı qonaqlar Azərbaycan Milli Geyim Mərkəzinin və Gulnara Khalilova Dəb Evinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın qonağı olublar. Onlar burada ölkəmizdə dəb sənayesinin inkişafı və Azərbaycan milli geyiminin ənənələri haqqında müsahibə alıblar. Gülnarə Xəlilova qonaqlara əl işlərindən ibarət suvenirlər hədiyyə edib.
 
Billurə  Bayramovanın sözlərinə görə, səfərin təşkilində əsas məqsəd Azərbaycanın təbliğatını Afrika ölkələrində aparmaqdır. Novruz bayramında Bakıda olan Cina Exikodiojo və Cennifer Centet Şəkiyə, Lahıca, Tərtərə və ölkənin digər şəhərlərinə səfər ediblər, Azərbaycanın qonaqpərvərliyinə, təbiətinin gözəlliyinə, memarlıq abidələrinə və müasir binalarına, milli mətbəxinə və ölkə təbiətinə heyran qaldıqlarını bildiriblər.







Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7000
EUR 1 1 Avro 1.9230
GEL 1 1 Gürcüstan larisi 0.6378
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1390
IRR 100 100 İran rialı 0.0040
SEK 1 1 İsveç kronu 0.1877
CHF 1 1 İsveçrə frankı 1.7036
KWD 1 1 Küveyt dinarı 5.5847
TRY 1 1 Türkiyə lirəsi 0.3162